Redaktor
“zypl.ai” 5,5 milyon dollar investisiya alıb
Süni intellekt sahəsində fəaliyyət göstərən “zypl.ai” startapı 80 milyon dollar qiymətləndirmə ilə strateji bridge-raund çərçivəsində əlavə 5,5 milyon dollar investisiya cəlb edib.
Valyuta.az "The Tech"ə istinadən xəbər verir ki, investisiya “Carbide Ventures” fondu, eləcə də Şuxrat İbraqimov daxil olmaqla bir sıra biznes liderləri tərəfindən təmin olunub.
Maliyyə sektorunda qərarların qəbulunda sintetik məlumatların tətbiqi üzrə ixtisaslaşan şirkət bildirir ki, yeni investisiya mərhələsi onun inkişafında mühüm addımdır və platformaya, həmçinin beynəlxalq genişlənmə tempinə olan etimadı təsdiqləyir. Cəlb olunan vəsait əsas bazarlarda fəaliyyətin miqyasının artırılmasına və banklar üçün "zGAN" modeli əsasında sintetik məlumat həllərinin tətbiqinə yönəldiləcək.
“Carbide Ventures” fondunun baş tərəfdaşı Den Veyrix qeyd edib ki, fond bir il əvvəl “zypl.ai”yə ilk investisiyasını həyata keçirib və ötən 12 ay ərzində komandanın, məhsulun və artım tempinin yüksək səviyyəsini müşahidə edib. Onun sözlərinə görə, əlavə investisiya imkanı yaranan kimi bundan istifadə olunub və hazırda komanda ilə birlikdə yeni coğrafi bazarlara çıxış və əlavə gəlir mənbələrinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
“zypl.ai” nadir və qeyri-standart ssenariləri nəzərə alaraq sintetik məlumatların yaradılmasına yönəlmiş "zGAN" adlı generativ süni intellekt modelini hazırlayıb. Bu yanaşma makroiqtisadi qeyri-sabitlik şəraitində proqnoz modellərinin dəqiqliyini artırmağa imkan verir. Texnologiya ilə bağlı “arXiv” platformasında iki elmi məqalə dərc olunub və “NeurIPS” konfransında təqdim edilib.
"zGAN" sintetik məlumat generatoru “zypl.ai”-nin “Lucid” adlı no-code platformasına inteqrasiya olunub. Bu həll maliyyə təşkilatlarına süni intellekt modellərini müstəqil şəkildə hazırlamaq və tətbiq etmək imkanı yaradır. Hazırda şirkət dünyanın 20 ölkəsində 60-dan çox maliyyə təşkilatı ilə əməkdaşlıq edir. Startapın investorları arasında “Prosus Ventures” və digər fondlar da yer alır.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ və Yaponiya arasında 73 milyard dollarlıq razılaşma
20.03.2026İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı
20.03.2026Çox işləyib, az maaş alırsınızsa, bu problemləri həll etməlisiniz
20.03.2026Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb
20.03.20262026-cı ildə bəzi ölkələr köçənlərə pul verir – Siyahı açıqlanıb
20.03.2026İki qardaşın davası nəhəng brend yaratdı - SƏHƏR OXUSU
20.03.2026Geyimlərə çəkilən xərc 68 milyonu keçdi
19.03.2026Tim Kuk açıqladı: "Apple"dan ayrılacaq?
19.03.2026Populyar Al alətlərini təqlid edən yeni zərərli proqramlar aşkarlandı
19.03.2026İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
19.03.2026Meyvə-tərəvəz ixracı 144 milyon dolları ötüb
19.03.2026Yanmayan və köhnəlməyən su batareyası: Lityum-ionun hökmranlığı sarsılır
19.03.2026Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
19.03.2026"Intel", yoxsa AMD: Prosessor müharibələrində balans dəyişir?
19.03.2026İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19.03.2026İlk iki ayda 35 ədəd noutbuk istehsal edilib
19.03.2026500 000 ABŞ dolları investisiya alan startap
19.03.2026Bu istiqamətdə birbaşa hərəkətə icazə verildi
19.03.2026Firdovsi Əliyev özünə yeni müavin təyin etdi
19.03.2026