İki qardaşın davası nəhəng brend yaratdı

Redaktor

20.03.2026 08:30
91

İki qardaşın davası nəhəng brend yaratdı - SƏHƏR OXUSU

İdman dünyasında bəzən ən böyük rəqabətlər stadionlarda deyil, ailə daxilində başlayır. Bu dəfə söhbət təkcə biznesdən yox, eyni kökdən çıxan iki yolun necə bir-birinə rəqibə çevrilməsindən gedir. Bir vaxtlar eyni dam altında qurulan kiçik ayaqqabı istehsalı ideyası illər sonra dünya bazarını bölən iki nəhəng brendin yaranmasına səbəb oldu. Bu hekayə sadəcə uğurdan deyil,  ambisiya, fikir ayrılığı və tarixə düşən bir qardaş münaqişəsindən bəhs edir.

Valyuta.az xəbər verir ki, hər iki brendin əsası Almaniyanın Hersoqenaurax şəhərində yaşayan Dassler qardaşları - Adolf Dassler və Rudolf Dassler tərəfindən qoyulub. Onlar 1924-cü ildə analarının kiçik camaşırxanasında idman ayaqqabıları istehsalına başlayaraq “Dassler Qardaşları Ayaqqabı Fabriki”ni qurublar.

Şirkətin ilk böyük uğuru 1936-cı il Berlin Olimpiadasında əldə olunub. Amerikalı sprinter "Jesse Owens Dassler" ayaqqabıları ilə 4 qızıl medal qazanaraq brendin dünya miqyasında tanınmasına səbəb olub.

Lakin İkinci Dünya Müharibəsi dövründə qardaşlar arasında münasibətlər gərginləşib. Müharibədən sonra isə bu gərginlik daha da artaraq 1948-ci ildə şirkətin iki hissəyə bölünməsi ilə nəticələnib. Adolf Dassler öz şirkətini “Adidas” adlandırıb, Rudolf Dassler isə əvvəl “Ruda” kimi başladığı brendin adını sonradan “Puma”ya dəyişib.

Bu ayrılıq yalnız biznes sahəsində deyil, şəhərin sosial həyatında da təsirini göstərib. Hersoqenaurax faktiki olaraq iki düşərgəyə bölünüb - insanlar, mağazalar və işçilər belə Adidas və ya Puma tərəfdarı kimi ayrılıb.

Sonrakı illərdə hər iki brend sürətlə inkişaf edib. "Adidas" innovativ dizaynları ilə önə çıxaraq çıxarıla bilən mismarlı futbol butslarını təqdim edib və 1954-cü il Dünya Çempionatında Almaniya millisinin qələbəsində mühüm rol oynayıb. Puma isə yüksək performanslı ayaqqabıları ilə tanınıb və əfsanəvi futbolçu Pele kimi idmançılarla əməkdaşlıq edərək qlobal uğur qazanıb.

Bu gün hər iki şirkət milyardlarla dollar dəyərində qlobal nəhəngə çevrilib və idman, moda və həyat tərzi sahəsində lider mövqelərini qoruyur.

Qeyd olunur ki, "Adidas" və "Puma"nın yaranma hekayəsi təkcə biznes uğuru deyil, həm də ailə, ambisiya və rəqabətin dünya sənayesinə necə təsir etdiyini göstərən ən maraqlı nümunələrdən biridir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb

20.03.2026

2026-cı ildə bəzi ölkələr köçənlərə pul verir – Siyahı açıqlanıb

20.03.2026

İki qardaşın davası nəhəng brend yaratdı - SƏHƏR OXUSU

20.03.2026

Geyimlərə çəkilən xərc 68 milyonu keçdi

19.03.2026

Tim Kuk açıqladı: "Apple"dan ayrılacaq?

19.03.2026

Populyar Al alətlərini təqlid edən yeni zərərli proqramlar aşkarlandı

19.03.2026

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb

19.03.2026

Meyvə-tərəvəz ixracı 144 milyon dolları ötüb

19.03.2026

Yanmayan və köhnəlməyən su batareyası: Lityum-ionun hökmranlığı sarsılır

19.03.2026

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb

19.03.2026

"Intel", yoxsa AMD: Prosessor müharibələrində balans dəyişir?

19.03.2026

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

19.03.2026

İlk iki ayda 35 ədəd noutbuk istehsal edilib

19.03.2026

500 000 ABŞ dolları investisiya alan startap

19.03.2026

Bu istiqamətdə birbaşa hərəkətə icazə verildi

19.03.2026

Firdovsi Əliyev özünə yeni müavin təyin etdi

19.03.2026
Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın

Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın

19.03.2026

Lüks dünyasının ilk 3-lüyü - Milyardlıq brendlər

19.03.2026

"Omid"ə məxsus mağazada nöqsan aşkarlandı

19.03.2026

Qızıla, yoxsa gümüşə investisiya daha yaxşıdır?

19.03.2026

Məzənnə

Yüklənir...