Redaktor
500 000 ABŞ dolları investisiya alan startap
Biznes üçün HRM platforması hazırlayan “Verifix” startapı qısa müddətdə 500 000 ABŞ dolları investisiya cəlb edərək fandreyzinq prosesində sürətli qərarvermə, düzgün zamanlama və strateji yanaşmanın nə qədər vacib olduğunu nümayiş etdirib.
Valyuta.az "The Tech"ə istinadən xəbər verir ki, “Verifix”in baş icraçı direktoru Mumin Səlimov (Mumin Salimov) bildirir ki, startap 2019-cu ildə yaradılıb və bu gün pərakəndə ticarət və HoReCa sektorları üçün HRM həlləri təqdim edir.
İnvestisiya raundu 2025-ci ilin avqustunda bağlanıb. Danışıqlar may ayında başlayıb, ilk vəsait iyulda, qalan hissə isə avqustda cəlb olunub. Raundda “Aloqa Ventures”, “IT Park Ventures” və “SQB Ventures” iştirak edib.
Şirkət üçün əsas prioritet maksimal qiymətləndirmə deyil, investisiyanı sürətli cəlb etmək olub. Bu yanaşma həm inkişaf tempini artırıb, həm də bazarın etimadını gücləndirib. Vəsait mərhələli şəkildə toplanaraq 10-12 aylıq maliyyə ehtiyatı (runway) formalaşdırılıb.
Fandreyzinq prosesi zamanı komanda paralel olaraq məhsulun inkişafını dayandırmayıb. Bu, investorlarla danışıqlarda real nəticələr və irəliləyiş göstərmək baxımından üstünlük yaradıb.
Əsas dərslərdən biri hüquqi məsələlərə diqqət yetirməkdir. Komanda riskləri düzgün qiymətləndirmək üçün təcrübəli hüquqşünasla işləyib. Bununla yanaşı, investor seçimi zamanı yalnız maliyyə deyil, onların təcrübəsi və şəbəkəsi də nəzərə alınıb.
Həmçinin startap ilkin mərhələdə konkret niş bazara fokuslanaraq (pərakəndə və HoReCa) məhsulu daha dəqiq formalaşdırıb. Bu, həm satışları sürətləndirib, həm də investorlar üçün daha aydın dəyər təklifi yaradıb.
Həmtəsisçilər arasında dəyərlərin uyğunluğu və düzgün məsuliyyət bölgüsü vacib amil kimi vurğulanır. Güclü komanda və daxili koordinasiya fandreyzinq prosesində əlavə üstünlük yaradır.
Təsisçilərə tövsiyə olunur ki, investorlarla əlaqələri əvvəlcədən qurmağa başlasınlar, mütəmadi olaraq nəticələri paylaşsınlar və növbəti investisiya raunduna hazırlığa ən azı 6 ay əvvəl start versinlər.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
19.03.2026"Intel", yoxsa AMD: Prosessor müharibələrində balans dəyişir?
19.03.2026İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19.03.2026İlk iki ayda 35 ədəd noutbuk istehsal edilib
19.03.2026500 000 ABŞ dolları investisiya alan startap
19.03.2026Bu istiqamətdə birbaşa hərəkətə icazə verildi
19.03.2026Firdovsi Əliyev özünə yeni müavin təyin etdi
19.03.2026
Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın
19.03.2026Lüks dünyasının ilk 3-lüyü - Milyardlıq brendlər
19.03.2026"Omid"ə məxsus mağazada nöqsan aşkarlandı
19.03.2026Qızıla, yoxsa gümüşə investisiya daha yaxşıdır?
19.03.2026
Şirkəti sevirsən, amma rəhbərlə işləyə bilmirsən - çıxış yolu nədir?
19.03.2026Çin bazarında "Nvidia" dominantlığı: Məhdudiyyətlər yumşaldıldı, sifarişlər artdı
19.03.2026Nöqsanlara görə 4 məmura xəbərdarlıq edildi
19.03.2026Rabitəbank “Qlobal Pul Həftəsi 2026” çərçivəsində tələbələr üçün maarifləndirici təşəbbüslə çıxış edib ®
19.03.2026