Rabitəbank “Qlobal Pul Həftəsi 2026” çərçivəsində tələbələr üçün maarifləndirici təşəbbüslə çıxış edib

Redaktor

19.03.2026 14:03
61

Rabitəbank “Qlobal Pul Həftəsi 2026” çərçivəsində tələbələr üçün maarifləndirici təşəbbüslə çıxış edib ®

Rabitəbank ölkədə maliyyə savadlılığının inkişafına yönəlmiş fəaliyyətini davam etdirərək, 16–22 mart tarixlərində keçirilən “Qlobal Pul Həftəsi 2026” (Global Money Week) çərçivəsində növbəti maarifləndirici layihəsini reallaşdırıb. Bankın təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün “Puldan danışaq!” devizi altında xüsusi təlim təşkil olunub.

Təlimin əsas məqsədi gənclərin maliyyə dünyasına daha şüurlu yanaşmasını təmin etmək, onlarda düzgün maliyyə davranışları formalaşdırmaq və gələcək iqtisadi qərarlarında daha savadlı seçimlər etmələrinə dəstək olmaq olub.

Təlim zamanı iştirakçılara pulun effektiv idarə olunması, şəxsi büdcənin planlaşdırılması, qənaət və investisiya vərdişlərinin formalaşdırılması, maliyyə təhlükəsizliyi və gündəlik maliyyə qərarlarının uzunmüddətli təsirləri barədə ətraflı və praktiki məlumatlar təqdim edilib.

“Puldan danışaq!” devizi altında keçirilən builki “Qlobal Pul Həftəsi” kampaniyası xüsusilə gənclərin maliyyə savadlılığının artırılmasına yönəlib. Təşəbbüsün əsas məqsədi uşaqların və gənclərin erkən yaşlardan maliyyə biliklərinə yiyələnməsi, pul vəsaitlərini düzgün idarə etməyi öyrənməsi və məsuliyyətli maliyyə qərarları qəbul etmək bacarığını inkişaf etdirməsidir.

Qeyd edək ki, “Qlobal Pul Həftəsi” 2012-ci ildən etibarən dünyanın 176-dan çox ölkəsində keçirilən beynəlxalq təşəbbüsdür və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) tərəfindən koordinasiya olunur.

Azərbaycan Mərkəzi Bankı isə 2025-ci ildən etibarən bu nüfuzlu şəbəkənin tamhüquqlu üzvüdür və ölkədə maliyyə savadlılığı təşəbbüslərinin genişləndirilməsinə mühüm töhfə verir.

Rabitəbank üçün maliyyə savadlılığının artırılması korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Bank bu kimi təşəbbüslərlə cəmiyyətin, xüsusilə də gənc nəslin maliyyə biliklərinin gücləndirilməsinə, onların daha dayanıqlı və düşünülmüş maliyyə davranışları formalaşdırmasına töhfə verməyə davam edir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Omid"ə məxsus mağazada nöqsan aşkarlandı

19.03.2026

Qızıla, yoxsa gümüşə investisiya daha yaxşıdır?

19.03.2026
Şirkəti sevirsən, amma rəhbərlə işləyə bilmirsən - çıxış yolu nədir?

Şirkəti sevirsən, amma rəhbərlə işləyə bilmirsən - çıxış yolu nədir?

19.03.2026

Çin bazarında "Nvidia" dominantlığı: Məhdudiyyətlər yumşaldıldı, sifarişlər artdı

19.03.2026

Nöqsanlara görə 4 məmura xəbərdarlıq edildi

19.03.2026

Rabitəbank “Qlobal Pul Həftəsi 2026” çərçivəsində tələbələr üçün maarifləndirici təşəbbüslə çıxış edib ®

19.03.2026
Kim daha çox qazanır? - Azərbaycanda sektorlar üzrə maaşlar

Kim daha çox qazanır? - Azərbaycanda sektorlar üzrə maaşlar - Müqayisəli CƏDVƏL

19.03.2026

Nəqliyyatın bu növündən əldə olunan gəlirlər 61 milyonu keçdi

19.03.2026

Sabahın hava proqnozu

19.03.2026

Nazirlikdən əhaliyə bayram XƏBƏRDARLIĞI

19.03.2026

Məhur gölün ətrafında yeni yaşıllıqlar salınacaq - 6 milyonluq layihə

19.03.2026

Mobil rabitədən 205 milyon manatdan çox gəlir əldə edilib

19.03.2026

Dövlət qulluğunda əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

19.03.2026

ING: AMB II rübdə uçot dərəcəsini 6,5% səviyyəsində saxlayacaq

19.03.2026

Qubada “Gənclər Mərkəzi” 800 min manata təmir olunacaq

19.03.2026

Azərbaycanda universitet 123 vəzifəyə işçi axtarır - SİYAHI

19.03.2026

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub ®

19.03.2026

Milyarder Əlbuxarinin iştirakı ilə 3 milyardlıq böyük qaz layihəsi başlayır

19.03.2026
"Şirkətlər də insanlar kimi sosial mediada cəlbedici görünməyə çalışırlar"

"Şirkətlər də insanlar kimi sosial mediada cəlbedici görünməyə çalışırlar"

19.03.2026

İşçilərə vacib xəbər: Bu gün işdən 1 saat tez çıxacaqsınız

19.03.2026

Məzənnə

Yüklənir...