"Şirkətlər də insanlar kimi sosial mediada cəlbedici görünməyə çalışırlar"

Redaktor

19.03.2026 10:45
70

"Şirkətlər də insanlar kimi sosial mediada cəlbedici görünməyə çalışırlar"

Son vaxtlar şirkətlərin bir çoxu sosial mediada iş mühiti ilə bağlı zarafatyana maraqlı videolu paylaşımlar edirlər. Bu paylaşımlar izləyicidə istər-istəməz həmin şirkət və sahə ilə bağlı müsbət təəssürat yaradır, hətta “mən də bu kollektivdə ola bilərdim” kimi düşüncələr formalaşdırır.

Bu cür idealizə olunmuş iş mühiti paylaşımları uzunmüddətli perspektivdə həmin izləyici işçilərin psixoloji vəziyyətinə, həm də şirkətin reputasiyasına hansı riskləri yarada bilər və bu balans necə qorunmalıdır?

Valyuta.az-a danışan Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, rəqəmsal platformalarda təqdim olunan iş mühiti çox vaxt reallığın özü deyil, onun seçilmiş və estetikləşdirilmiş təsviridir:

"Şirkətlər də insanlar kimi sosial mediada daha ideal, daha rahat və daha cəlbedici görünməyə çalışırlar. Halbuki real iş mühiti əksər hallarda komfort zonası deyil. O, məsuliyyət, intizam, yorğunluq, daxili gərginlik və davamlı nəticə tələbi ilə müşayiət olunur. İnsan sevdiyi işlə məşğul olduqda, bu çətinlikləri daha yaxşı idarə edə bilir, lakin bu, işin təbiətində olan zəhməti aradan qaldırmır. Sosial mediada həddindən artıq idealizə olunmuş iş mühiti paylaşımları uzunmüddətli perspektivdə həm psixoloji, həm də reputasiya baxımından risk yarada bilər. Bu cür məzmunlar həm izləyicilərdə, həm də mövcud əməkdaşlarda qeyri-real gözləntilər formalaşdırır. İnsanlar gündəlik iş reallıqlarını ekranda gördükləri “nağılvari” mühitlə müqayisə etməyə başlayırlar. Nəticədə onlar öz performanslarını, peşəkar inkişaflarını və mövcud imkanlarını qiymətləndirmək əvəzinə, başqa yerlərdə hər şeyin daha rahat, daha xoş və daha problemsiz olduğunu düşünə bilirlər. Bu isə narazılıq, motivasiya azalması, emosional yorğunluq və peşəkar məyusluq yarada bilər".

Şou xarakterli təqdimatların şirkətin reputasiyası üçün də riskli olduğunu deyən R.Nəcəfov qeyd edib ki, şirkət bacardığından artığını nümayiş etdirdikdə isə auditoriyada və potensial əməkdaşlarda yüksək gözləntilər formalaşır:

"Gözləntilərlə reallıq arasındakı fərq artdıqca etibar zəifləyir. Uğurlu görünmək hər zaman uğurlu olmaq demək deyil. Heç bir görüntü və ya şou şirkəti uzunmüddətli uğura aparmır. Brend olmaq yalnız parlaq təqdimatla deyil, real resurslar, keyfiyyətli idarəetmə, sağlam iş prinsipləri və daxili dayanıqlılıqla mümkündür. Bağlı qapılar gec-tez açılır və insanlar vitrinin arxasındakı həqiqi mənzərəni görürlər. Balansı qorumaq üçün şirkət özünü nə zəif göstərməli, nə də olduğundan artıq təqdim etməlidir. Ən doğru yanaşma bacardıqlarını peşəkar və dürüst şəkildə təqdim etməkdir. İş mühitinin müsbət tərəflərini nümayiş etdirməklə yanaşı, zəhməti, məsuliyyəti, öyrənmə prosesini və komanda daxilindəki real əmək mədəniyyətini də görünən etmək vacibdir. Peşəkarlıq “biz ən yaxşıyıq” demək deyil. Əsas məsələ insanlarda “biz daha yaxşı nə edə bilərik?” sualını formalaşdırmaqdır. Xüsusilə kiçik və orta şirkətlər özlərini böyük tarixə və sonsuz resurslara malik korporasiyalar kimi təqdim etməyə çalışmamalıdır. Sosial media üzərində qurulan süni obraz qısa müddətdə diqqət çəkə bilər, lakin uzunmüddətli perspektivdə reputasiyanı yalnız reallıq təmin edir".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mobil rabitədən 205 milyon manatdan çox gəlir əldə edilib

19.03.2026

Dövlət qulluğunda əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

19.03.2026

ING: AMB II rübdə uçot dərəcəsini 6,5% səviyyəsində saxlayacaq

19.03.2026

Qubada “Gənclər Mərkəzi” 800 min manata təmir olunacaq

19.03.2026

Azərbaycanda universitet 123 vəzifəyə işçi axtarır - SİYAHI

19.03.2026

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub ®

19.03.2026

Milyarder Əlbuxarinin iştirakı ilə 3 milyardlıq böyük qaz layihəsi başlayır

19.03.2026
"Şirkətlər də insanlar kimi sosial mediada cəlbedici görünməyə çalışırlar"

"Şirkətlər də insanlar kimi sosial mediada cəlbedici görünməyə çalışırlar"

19.03.2026

İşçilərə vacib xəbər: Bu gün işdən 1 saat tez çıxacaqsınız

19.03.2026

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

19.03.2026

“Rabitəbank”da yeni təyinatlar - Sədrə müavinlər təyin olundu

19.03.2026
Azərbaycanda az işləyib yüksək maaş alan sahələr

Azərbaycanda az işləyib yüksək maaş alan sahələr - CƏDVƏL

19.03.2026

AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır! ®

19.03.2026

İçərişəhərdə 15 min manata hazır biznes satışa çıxarıldı

19.03.2026

Azərbaycanın ixracdan ən çox qazandığı 5 Avropa İttifaqı ölkəsi - SİYAHI

19.03.2026

Türk lirəsi ucuzlaşdı

19.03.2026
"Rəhbərin işçilərlə həddindən artıq səmimiliyi sui-istifadə hallarına səbəb ola bilər"

"Rəhbərin işçilərlə həddindən artıq səmimiliyi sui-istifadə hallarına səbəb ola bilər"

19.03.2026

Marketinqdən başlayıb Dünya Bankının rəhbəri olan şəxs - SƏHƏR OXUSU

19.03.2026
"Fed" ilin ikinci faiz qərarını açıqladı

"Fed" ilin ikinci faiz qərarını açıqladı

18.03.2026

İlham Əliyevin Xanoba sakinləri ilə görüşündən görüntülər - VİDEO

18.03.2026

Məzənnə

Yüklənir...