Marketinqdən başlayıb Dünya Bankının rəhbəri olan şəxs

Redaktor

19.03.2026 08:35
124

Marketinqdən başlayıb Dünya Bankının rəhbəri olan şəxs - SƏHƏR OXUSU

Ajay Banga qlobal maliyyə sektorunda uzun illər ərzində formalaşmış rəhbərlərdən biri kimi tanınır.

Valyuta.az xəbər verir ki, o, karyerasına satış və marketinq sahəsində başlayaraq beynəlxalq korporativ mühitdə addım-addım yüksəlib və nəticədə “Mastercard”ın baş icraçı direktoru vəzifəsinə qədər çatıb.

1959-cu ildə Hindistanda anadan olan Banga iqtisadiyyat üzrə təhsil alıb, daha sonra "Indian Institute of Management Ahmedabad"da idarəetmə üzrə magistr dərəcəsi əldə edib. Onun peşəkar fəaliyyəti “Nestlé” şirkətində başlayıb, burada satış və marketinq sahəsində işləyərək biznesin əsas prinsiplərini mənimsəyib.

Daha sonra o, “Citigroup”da fəaliyyətini davam etdirib və uzun illər ərzində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bu dövrdə Banga həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan bazarlarda işləyərək beynəlxalq maliyyə sistemini yaxından öyrənib.

2010-cu ildə Ajay Banga “Mastercard”ın baş icraçı direktoru təyin edilıb. Onun rəhbərliyi dövründə şirkət ənənəvi kart operatorundan daha geniş miqyaslı maliyyə texnologiyaları platformasına çevrilib, rəqəmsal ödənişlər və innovativ həllər sahəsində mövqeyini gücləndirə bilib. Bu illər ərzində “Mastercard” qlobal ödəniş sistemində aparıcı oyunçulardan biri kimi fəaliyyətini genişləndirib.

2021-ci ildə o, bu vəzifədən ayrılıb. Sonrakı dövrdə beynəlxalq iqtisadi təşəbbüslərdə iştirak edən Banga 2023-cü ildə Dünya Bankının prezidenti vəzifəsinə təyin olunub.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İçərişəhərdə 15 min manata hazır biznes satışa çıxarıldı

19.03.2026

Azərbaycanın ixracdan ən çox qazandığı 5 Avropa İttifaqı ölkəsi - SİYAHI

19.03.2026

Türk lirəsi ucuzlaşdı

19.03.2026
"Rəhbərin işçilərlə həddindən artıq səmimiliyi sui-istifadə hallarına səbəb ola bilər"

"Rəhbərin işçilərlə həddindən artıq səmimiliyi sui-istifadə hallarına səbəb ola bilər"

19.03.2026

Marketinqdən başlayıb Dünya Bankının rəhbəri olan şəxs - SƏHƏR OXUSU

19.03.2026
"Fed" ilin ikinci faiz qərarını açıqladı

"Fed" ilin ikinci faiz qərarını açıqladı

18.03.2026

İlham Əliyevin Xanoba sakinləri ilə görüşündən görüntülər - VİDEO

18.03.2026

Dünyanın ən bahalı 10 lüks avtomobili

18.03.2026

"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur

18.03.2026

Növbəti 5 ildə dünyada batareyalar üçün vacib olan bir metal çatışmayacaq

18.03.2026

Ferrari "Amalfi Spider" modelini təqdim edib

18.03.2026

Mərkəzi Bank “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

18.03.2026

Zibilxanalardakı xəzinələr: Kompüterlərdən serum vasitəsilə qızıl çıxarmaq olacaq

18.03.2026

ABŞ-dan Azərbaycana birbaşa investisiyalar 36,4% artıb

18.03.2026

ABB xarici bankda nəzarət səhm paketi alır

18.03.2026

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

Məzənnə

Yüklənir...