ABB xarici bankda nəzarət səhm paketi alır

Redaktor

18.03.2026 16:59
76

ABB xarici bankda nəzarət səhm paketi alır

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə uyğun olaraq, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 7 may 2026-cı il tarixində baş tutacaq.

Valyuta.az xəbər verir ki, bankın nizamnaməsinə əsasən, bu dəfə səsvermə ənənəvi formatda deyil, qiyabi qaydada həyata keçiriləcək.

Səhmdarlar öz mövqelərini Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə elektron şəkildə bildirəcəklər.

Yığıncağın gündəliyində bir sıra mühüm məsələlər yer alır. Bunlara 2025-ci il üzrə auditdən keçmiş maliyyə və idarəetmə hesabatlarının təsdiqi, əldə olunan maliyyə nəticələrinə əsasən dividendlərin ödənilməsi, aktivlərin idarə olunması üzrə yeni törəmə şirkətin yaradılması, xarici bankda nəzarət səhm paketinin alınması, həmçinin Müşahidə Şurasının tərkibində dəyişikliklər daxildir.

Səhmdarlar üçün bildirişlər 19 mart 2026-cı ildən etibarən əlçatan olacaq. Gündəlik məsələlərə dair materiallar və səsvermə bülleteni isə 15 aprel 2026-cı il tarixindən şəxsi kabinetlərdə yerləşdiriləcək.

Elektron səsvermədə iştirak etmək istəyən səhmdarlar 15 aprel tarixindən başlayaraq 6 may 2026-cı il daxil olmaqla mövqelərini sistem üzərindən təqdim edə bilərlər. Verilən səslərin yekun hesablanması isə ümumi yığıncağın keçirildiyi gün aparılacaq.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mərkəzi Bank “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

18.03.2026

Zibilxanalardakı xəzinələr: Kompüterlərdən serum vasitəsilə qızıl çıxarmaq olacaq

18.03.2026

ABŞ-dan Azərbaycana birbaşa investisiyalar 36,4% artıb

18.03.2026

ABB xarici bankda nəzarət səhm paketi alır

18.03.2026

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi ®

18.03.2026

"Fed" bu axşam növbəti faiz qərarını açıqlayacaq

18.03.2026

Dövlət qulluqçuları üçün bu müavinət də ləğv edilir

18.03.2026

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

18.03.2026

Rusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb

18.03.2026

“Azərişıq” Naxçıvanda 15 milyonluq tender elan edib

18.03.2026

Daha bir icra hakimiyyətində 54 nəfər işdən çıxarıldı

18.03.2026

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb

18.03.2026

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək

18.03.2026

Onların maaşı qaldırılır - Nazir açıqladı

18.03.2026

"Binance" 8 kriptovalyutanı siyahıdan çıxarır - Tarix açıqlandı

18.03.2026

Məzənnə

Yüklənir...