2026-cı ildə Çinin ən varlı 10 milyarderi

Redaktor

18.03.2026 15:44
31

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

Hər il dünyada milyarder yetişdirən ölkələrdən biri də Çindir. Çinin süni intellekt sahəsində davam edən inkişafları və hökumətin müxtəlif sahələrdə qiymət müharibələrini əngəlləmək siyasəti ölkənin ən zəngin şəxslərinin sərvətini rekord səviyyəyə yaxın artırıb.

Valyuta.az 2026-cı il üzrə Çinin ən varlı 10 milyarderini təqdim edir.

Çjanq İminq

"ByteDance"ın təsisçisi Çjanq İminq ardıcıl ikinci il üçün Çinin ən zəngin adamıdır. "TikTok"un mülkiyyət razılaşması şəxsi sahiblikdə olan internet nəhəngi üçün əsas qeyri-müəyyənliyi aradan qaldırıb. Bu arada, "ByteDance" qlobal süni intellekt inkişafında dominant gücə çevrilir. Şirkətin "Doubao" chatbotu Çində ən populyar AI dəstəyi ilə işləyən rəqəmsal köməkçi hesab olunur. "Aicpb.com" saytına görə, fevral ayında 315,3 milyon istifadəçi ən az bir dəfə onu açıb.

41 yaşlı Çjanq 2021-ci ildə "ByteDance"in sədri vəzifəsindən ayrılıb, amma hələ də şirkətin AI strategiyasında mühüm rol oynayır. Fevral ayında "ByteDance Seedance" 2.0 AI modelini təqdim edərkən qlobal maraq yaratdı və "Hollywood"u sadə mətn göstərişlərinə əsaslanaraq kinoya bənzər videolar hazırlamaq qabiliyyəti ilə heyrətləndirdi.

 Çjun Şanşa

"Nongfu Spring"in təsisçisi Çjun Şanşan keçən ilki ictimai fikir böhranından bərpa olunur. O zaman millətçi istehlakçılar bəzi məhsulların qablaşdırmasının Yapon memarlığını xatırlatdığı iddiası ilə şirkətin şüşə içkilərini boykot edəcəklərinə söz vermişdilər. 2025-ci ilin ilk yarısında satışlar illik müqayisədə 15,6% artaraq 3,7 milyard dollara, mənfəət isə 22,1% yüksələrək 1,1 milyard dollara çatıb.

71 yaşlı sədr mənfi ictimai rəy zəiflədikcə, satış artımının davam edəcəyi gözlənilir fikrindədir. Morningstar-ın yanvar ayındakı tədqiqat qeydinə görə ilin ikinci yarısında "Nongfu Spring"in şüşə su bölməsinin gəlirləri 14%, çay içkilərinin satışları isə illik müqayisədə 20% artacağı proqnozlaşdırılır.

Ma Huatengdir

Ma Çin internet nəhəngi "Tencent Holdings"in sədri, şirkətin yeni atıcı oyunu "Delta Force" ilə uğur qazanmaqdadır. Oyun artıq əsas hitlər olan "Honor of Kings" və "Peacekeeper Elite"dən sonra növbəti uzunömürlü layihə kimi görülür.
2025-ci ilin üçüncü rübündə gəlirlər illik müqayisədə 15% artaraq 28 milyard dollara, mənfəət isə 18% yüksələrək 10,2 milyard dollara çatıb.

Bununla belə, analitiklərə görə şirkət süni intellekt sahəsində geri qalır: "Yuanbao" chatbotunun fevral ayında gündəlik 24 milyon istifadəçisi olub, halbuki "Alibaba"nın Qwen modeli 73,5 milyon, "ByteDance"in "Doubao" sistemi isə 108 milyon istifadəçi toplayıb. AI inkişafını gücləndirmək üçün "Tencent" ötən ilin sonunda keçmiş "OpenAI" tədqiqatçısı Yao Shunyu-nu yeni AI infrastruktur bölməsinin rəhbəri təyin edib.

Uilyam Din

"NetEase"in təsisçisi Uilyam Din beynəlxalq miqyasda oyun investisiyalarını ixtisar etməyə davam edərək diqqətini daha az sayda oyun layihəsinə yönəldib.  Məlumata əsasən, "Nasdaq" və "Honq-Konq"da listinqdə olan şirkət may ayında Yaponiya "Nagoshi Studio"nu maliyyələşdirməyi dayandıracaq və bununla da ölkənin ən məşhur yaradıcılarından biri olan Toshihiro Nagoshi ilə əvvəlcədən bağlanmış razılaşmadan geri çəkiləcək.

2025-ci ildə şirkətin gəlirləri illik müqayisədə 7% artaraq 16,1 milyard dollar, xalis mənfəət isə 13,8% yüksələrək 4,8 milyard dollar olub. Bu il isə oyun nəhəngi onlayn macəra oyunu "Sea of Remnants" kimi yeni layihələrə arxalanaraq böyüməni davam etdirməyi planlaşdırır. Bundan əlavə, əsas oyunları olan onlayn battle oyunu "Fantasy Westward Journey" franşizası və "Eggy Party" battle royale oyunu da şirkətin gəlirlərinə dəstək verəcək.

Kolin Huanq

"Nasdaq"da listinqdə olan endirimli pərakəndə satış şirkəti PDD Holdings qlobal miqyasda tənzimləyici maneələrlə üzləşib və bu, təsisçi Kolin Huanq-un sərvətinin son bir ildə 5,7 milyard dollar azalmasına səbəb olub.
Bir neçə media mənbəsinin məlumatına görə, dekabr ayında səlahiyyətli qurumlar ucuz idxal mallarına qarşı tədbirlər və "Temu" platformasının ədalətsiz subsidiyalar alıb-almaması ilə bağlı araşdırma çərçivəsində şirkətin Dublində yerləşən qərargahına reyd keçiriblər.

Dövlət mediasının yaydığı məlumata əsasən, ölkə daxilində isə ana şirkət "PDD" yanvar ayında tələb olunan vergi məlumatlarını təqdim etmədiyi üçün 15 min dollar cərimə olunub. 
Yerli iqtisadi jurnal olan "Caixin" yazır ki, dekabrın 3-də şirkətin Şanxay ofisində tənzimləyici orqanlarla baş verən və geniş işıqlandırılan münaqişə nəticəsində "PDD" bir neçə əməkdaşını işdən azad edib.
Bu barədə "PDD" və "Temu"  məsələ ilə bağlı şərh sorğularına cavab verməyib.

Çjenq və ailəsi

Alüminium istehsalçısı "China Hongqiao" "Group"un vitse-sədri də süni intellektin yaratdığı xammal qiymətlərindəki artımdan ən çox faydalanan şəxslərdən biridir. Dünyada yeni məlumat mərkəzlərinin qurulması səbəbindən alüminiuma tələbatın sürətlə artması fonunda Honq-Konqda listinqdə olan şirkətin səhmləri son bir ildə 160%-dən çox bahalaşıb.

80 yaşlı Zheng "China Hongqiaonu" 1994-cü ildə quran Zhang Shiping dul həyat yoldaşıdır. Zhang Shiping ölkənin iqtisadi islahatlar dövründə şirkəti böyük metal nəhənginə çevirmiş və 2019-cu ildə 73 yaşında vəfat edib.
Oğlu Zhang Bo hazırda alüminium istehsalçısı şirkətin sədri və baş icraçı direktoru (CEO) vəzifəsini tutur.

He Syanqcyan və ailəsi

83 yaşlı He Syanqcyan 2012-ci ildə məişət texnikası nəhəngi "Midea Group"un sədri vəzifəsindən ayrılsa da  sərvətinin əsas hissəsini hələ də şirkətdəki payından əldə edir.
Şençjen və Honq-Konq birjalarında ikili listinqə malik olan "Midea" son illərdə yeni enerji və robot texnikası kimi sahələrdə fəaliyyətini genişləndirir. Hazırda Şirkət "Şençjen" birjasında listinqdə olan günəş enerjisi və komponent istehsalçısı "Hiconics Eco-energy Technology" şirkətində payını 35,1%-ə çatdırmaq üçün təxminən 245 milyon dollar sərmayə yatırmağı planlaşdırır.

Cek Madır

"Alibaba"nın həmtəsisçisi Cek Ma ötən həftə Hangzhou şəhərində yerləşən "Yungu School"a baş çəkərək gənc nəslin süni intellekt dövrünə daha yaxşı necə hazırlaşa biləcəyini müzakirə edib.
Şirkət rəhbərliyi tərəfindən tam maliyyələşdirilən bu özəl məktəbə "Alibaba"nın sədri Cosef Tsai və baş icraçı direktoru Eddi Vu da daxil olmaqla yüksək vəzifəli rəhbərlər də qatılıb.

Ötən ilin sonunda AI ilə bağlı büdcəsini 50 milyard dollardan çox artıran elektron ticarət nəhəngi "Alibaba" bu texnologiyaya ən çox sərmayə qoyan Çin şirkətlərindən biri hesab olunur. "Forbes"in gördüyü daxili mesaja görə, şirkətdə AI tədqiqat və inkişaf işlərinə nəzarət etmək üçün Eddi Vunun da daxil olduğu xüsusi işçi qrupu yaradılıb. 61 yaşlı Cek Ma 2019-cu ildə şirkətin sədri vəzifəsindən ayrılsa da, hələ də "Alibaba"da paya malikdir.

Ley Cundur

"Xiaomi"nin həmtəsisçisi Lei Jun Çinin ən varlı iş adamları arasında sərvəti ən çox azalan şəxslərdən biridir. Hətta 56 yaşlı sahibkarın sərvəti üçdə-birdən çox azalıb.
Honq-Konqda listinqdə olan texnologiya nəhəngi hazırda iki istiqamətdə çətinliklərlə üzləşir. Şirkətin əsas gəlir mənbəyi olan smartfon biznesi, yaddaş çiplərinin bahalaşması ilə mübarizə aparır. Süni intellektə artan tələbat səbəbindən bu məhsullar üzrə qlobal qıtlıq yaranıb.

Eyni zamanda, şirkətin daha yeni elektrikli avtomobil bölməsi də ölkə daxilində güclü rəqabətlə qarşılaşır. Hökumət subsidiyalarının mərhələli şəkildə dayandırılması isə tələbatın azalmasına səbəb olub.
Daha çox müştəri cəlb etmək üçün "Xiaomi" aprel ayında SU7 elektrik sedanının yeni versiyasını təqdim etməyi planlaşdırır. Təxminən 45 min dollar qiymətə malik olacaq modelin yeni rənglər, daha sürətli enerji yüklənməsi və əlavə təhlükəsizlik funksiyaları ilə təchiz ediləcəyi gözlənilir.

Yu Yonqdur

Şanxayda yerləşən "Cathay Fortune Corp" investisiya şirkətinin sədri və baş icraçı direktoru Çinin ən zəngin 10 milyarderi arasında sərvəti ən çox artan şəxs olub. 65 yaşlı biznesmenin sərvəti 137% artıb. Artım əsasən onun özəl şirkətinin "CMOC Group"da topladığı azlıq payı ilə bağlıdır. Süni intellekt məlumat mərkəzlərinin tikintisi səbəbindən misə tələbatın artması fonunda şirkətin səhmləri Şanxayda 200%-dən çox, Honq-Konqda isə təxminən 300% bahalaşıb.

Lakin mart ayında Braziliya məhkəməsi qızıl aktivinin satışı ilə bağlı mineral hüquqların "CMOC"a ötürülməsini bloklayıb. Bu qərar şirkətin "Equinox Gold" ilə bağladığı 1 milyard dollarlıq razılaşma üçün çətinlik yaradıb. Tərəflər arasında barışıq görüşü 30 mart tarixinə təyin olunub.

Nuranə Mübariz

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

Azərbaycanlı sahibkar xanımlar “Women in Tech”də çıxış edib

18.03.2026

AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi ®

18.03.2026

"Fed" bu axşam növbəti faiz qərarını açıqlayacaq

18.03.2026

Dövlət qulluqçuları üçün bu müavinət də ləğv edilir

18.03.2026

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

18.03.2026

Rusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb

18.03.2026

“Azərişıq” Naxçıvanda 15 milyonluq tender elan edib

18.03.2026

Daha bir icra hakimiyyətində 54 nəfər işdən çıxarıldı

18.03.2026

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb

18.03.2026

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək

18.03.2026

Onların maaşı qaldırılır - Nazir açıqladı

18.03.2026

"Binance" 8 kriptovalyutanı siyahıdan çıxarır - Tarix açıqlandı

18.03.2026

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları ®

18.03.2026

Nazir: Onlar imtahansız ali məktəblərə qəbul ediləcək

18.03.2026

10 məşhur şirkətin səhmləri 2026-cı ildə üstünlük təşkil edə bilər

18.03.2026

Məzənnə

Yüklənir...