Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Redaktor

18.03.2026 14:30
94

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları ®

Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi Birbank Invest-in 2.0 versiyası istifadəyə verildi. Yenilənən platforma istifadəçilərə yerli və qlobal kapital bazarında daha geniş investisiya imkanları, təkmilləşdirilmiş interfeys və informativ qərarvermə üçün güclü alətlər təqdim edir.

Azərbaycan kapital bazarına çıxış

Birbank Invest 2.0 ilə istifadəçilər artıq yerli şirkətlərin səhm və istiqrazlarının ilkin (primary market) alışında iştirak edə bilərlər. Tezliklə platformada ilk olaraq PAŞA Bank-ın İlk Kütləvi Təklifi (IPO) təqdim olunacaq, beləliklə istifadəçilər birbaşa PAŞA Bankın səhmdarı olmaq şansı qazanacaqlar. Bu yenilik istifadəçilərə mobil tətbiq vasitəsilə birbaşa IPO prosesinə qoşulmaq və yerli kapital bazarında yaranan yeni investisiya imkanlarından yararlanmaq imkanı yaradacaq.

ABŞ kapital bazarının informativ analizi

Birbank Invest 2.0-da əlavə olunan Şirkət haqqında (Brief Company Info) bölməsi ABŞ bazarında səhmləri satışa çıxarılan şirkətlər barədə əsas məlumatları: fəaliyyət istiqaməti, qısa təsvir, bazar kapitalizasiyası, rəsmi veb-sayt, birjada ticarətə başlama tarixi və digər vacib göstəriciləri birbaşa tətbiq daxilində təqdim edir. Bu yenilik istifadəçilərə əlavə axtarışlara vaxt sərf etmədən daha effektiv və rahat investisiya qərarları qəbul etməyə imkan verir.

Təkmilləşdirilmiş istifadəçi təcrübəsi

Təqdim olunan yeni versiyada interfeys yenilənib, performans artırılıb və Qaranlıq rejimi (Dark Mode) əlavə olunub. Bu rejim xüsusilə gecə və ya zəif işıq şəraitində tətbiqdən daha rahat istifadə etməyə, göz yorğunluğunu minimuma endirməyə imkan yaradır.

Birbank Invest tətbiqini yükləmək üçün: https://www.b-b.az/vHdRj4

2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk müstəqil investisiya tətbiqidir. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə əməkdaşlıq çərçivəsində yaradılan platforma istifadəçilərə yerli və beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır.

Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına daxil ola, onlayn çat və yaxud sosial media kanalları vasitəsilə sorğu ünvanlaya və ya 196 Sorğu Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dövlət qulluqçuları üçün bu müavinət də ləğv edilir

18.03.2026

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

18.03.2026

Rusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb

18.03.2026

“Azərişıq” Naxçıvanda 15 milyonluq tender elan edib

18.03.2026

Daha 54 nəfər işdən çıxarıldı - Dövlət qurumunda

18.03.2026

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb

18.03.2026

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək

18.03.2026

Onların maaşı qaldırılır - Nazir açıqladı

18.03.2026

"Binance" 8 kriptovalyutanı siyahıdan çıxarır - Tarix açıqlandı

18.03.2026

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları ®

18.03.2026

Nazir: Onlar imtahansız ali məktəblərə qəbul ediləcək

18.03.2026

10 məşhur şirkətin səhmləri 2026-cı ildə üstünlük təşkil edə bilər

18.03.2026
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları  - ÖLKƏLƏR

18.03.2026

Süni intellektin sağ qalma mübarizəsi: "Lazım gələrsə insanları öldürərəm"

18.03.2026

Ən çox ticarət etdiyimiz ölkələr - Top 10

18.03.2026

Azərbaycana gətirilən ətin miqdarı artır

18.03.2026

Sabah ölkə ərazisində 20 dərəcə isti olacaq

18.03.2026

Azərbaycanda işə qəbul qaydası dəyişir: sənədlərin siyahısı artır

18.03.2026

"Nvidia"nın DLSS 5 texnologiyası mübahisəyə səbəb oldu

18.03.2026

AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır! ®

18.03.2026

Məzənnə

Yüklənir...