Redaktor
Azərbaycanda işə qəbul qaydası dəyişir: sənədlərin siyahısı artır
Vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar.
Valyuta.az "Trend"ə istinadən xəbər verir ki, , bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən videokonfrans formatında iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.
Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməli olacaqlar.
Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan ediləcək.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn çox ticarət etdiyimiz ölkələr - Siyahı açıqlandı
18.03.2026Azərbaycana gətirilən ətin miqdarı artır
18.03.2026Sabah ölkə ərazisində 20 dərəcə isti olacaq
18.03.2026Azərbaycanda işə qəbul qaydası dəyişir: sənədlərin siyahısı artır
18.03.2026"Nvidia"nın DLSS 5 texnologiyası mübahisəyə səbəb oldu
18.03.2026AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır! ®
18.03.2026“zypl.ai” 5,5 milyon dollar investisiya alıb
18.03.2026Bu şəxslər ömürlük pensiya alacaq - Ali Məhkəmə
18.03.2026"Şirkətlərin bayramlara risk yox, strateji fasilə kimi yanaşması lazımdır"
18.03.2026Xəzər dənizində zəlzələ olub
18.03.2026
Bayram günlərində bu 4 bank işləməyəcək
18.03.2026Çay idxalı 37%-dən çox geriləyib
18.03.2026
Bayram günündə işləyən banklar və “exchange”lər açıqlandı - SİYAHI
18.03.2026Neftimizin qiyməti ucuzlaşıb
18.03.2026İbrahim Əhmədov departament direktoru təyin edildi
18.03.2026Rubl ucuzlaşarkən, avro bahalaşmaqda davam edir
18.03.2026