Redaktor
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 796 milyon 286 min ABŞ dolları təşkil edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə MDB ölkələrinə ixracın həcmi 262 milyon 934 min ABŞ dolları olub ki, bu da ümumi ixracın 7,17%-ni təşkil edir.
Müqayisə üçün ötən ilin eyni dövründə bu göstərici 231 milyon 442 min ABŞ dolları (ümumi ixracın 4,86%-i) idi. Beləliklə, illik müqayisədə MDB ölkələrinə ixrac 31 milyon 492 min ABŞ dolları artıb.
İdxala gəlincə, cari ilin yanvar-fevral aylarında MDB ölkələrindən idxalın həcmi 533 milyon 352 min ABŞ dolları olub. Bu, ümumi idxalın 20.52%-nə bərabərdir. Ötən ilin eyni dövründə isə bu göstərici 1 milyard 113 milyon 628 min ABŞ dolları (ümumi idxalın 25%-i) olub. İllik idxal dəyərində MDB ölkələri üzrə 580 milyon 276 min ABŞ dolları həcmində azalma qeydə alınıb.

Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb
18.03.2026“Azərişıq” Naxçıvanda 15 milyonluq tender elan edib
18.03.2026Daha 54 nəfər işdən çıxarıldı - Dövlət qurumunda
18.03.2026Azərbaycanda yeni kredit ittifaqı yaradılıb
18.03.2026“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
18.03.2026Onların maaşı qaldırılır - Nazir açıqladı
18.03.2026"Binance" 8 kriptovalyutanı siyahıdan çıxarır - Tarix açıqlandı
18.03.2026Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları ®
18.03.2026Nazir: Onlar imtahansız ali məktəblərə qəbul ediləcək
18.03.202610 məşhur şirkətin səhmləri 2026-cı ildə üstünlük təşkil edə bilər
18.03.2026