Redaktor
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 436,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4% çox investisiya yönəldilib.
Valyuta.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 51,4%, qeyri neft-qaz sektoruna investisiyalar isə 5,1% artıb.
2 ay ərzində istifadə olunmuş investisiyanın 1 milyard 434 milyon manatı və yaxud 58,9%-i məhsul istehsalı sahələrinə, 794,7 milyon manatı və yaxud 32,6%-i xidmət sahələrinə, 207,7 milyon manatı və yaxud 8,5%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 781,6 milyon manatını və yaxud 73,1%-ni daxili investisiyalar təşkil edib, 1 milyard 298,4 milyon manatı və yaxud 53,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.