Redaktor
Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın
Bir çox gənc xəyallarını gerçəkləşdirmək üçün karyera yolunda ilk addımlarını atır. Lakin bəzən etdikləri səhvlər onları ruhdan salır və bu yolun başlanğıcında geri çəkilməyə səbəb olur, vaxt itkisi yaradır.
Bəs gənclərin karyerada ən çox vaxt itkisinə səbəb olacaq əsas səhvləri nələrdir?
Valyuta.az-a danışan İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov bildirir ki, "Hər sahəni yoxlayım" anlayışındansa daha real mentorun dəstəyindən faydalanmaq lazımdır:
"Bir çox gənc 2-3 ay bir sahədə qalım, bəyənməsəm, digərinə keçərəm" düşüncəsi ilə hərəkət edir. Amma həyat səhv edərək öyrənmək üçün çox qısadır. Texnologiya və informasiyanın əlçatan olduğu bir dövrdə karyerada uğur qazanmış insanları izləyərək səhvlərindən dərs çıxarmaq mümkündür".
A.Həsənovun fikrincə, öz güclü tərəflərini təkbaşına kəşf etməyə çalışmaq dumanlı havada yol tapmağa bənzəyir: “Burada mentor dəstəyi mütləqdir. Mentorluq almaq zəiflik deyil, əksinə, zamana qənaət etmək və özünü səhvlərdən sığortalamaqdır. Hətta dünyanın ən nəhəng şirkətlərinin belə mentorları və məsləhətçiləri olduğu halda, fərd olaraq bu dəstəkdən qaçmaq inkişafı ləngidir”.
Mütəxəssisin fikrinə görə, sosial medianın "ideal ofis" illüziyası gəncləri real mübarizədən uzaqlaşdıra bilir:
"Sosial şəbəkələrdə gördüyünüz gülərüz kollektivlər, rəngli ofislər və sonsuz kofe fasilələri real iş həyatının yalnız kiçik bir hissəsidir. Reallıq isə fərqlidir: iş həyatı mübarizə, çətinlik, bəzən depressiya və sıxıntılarla doludur. Mübarizə daim davam edir və bu reallığı qəbul etmək sizi sarsılmaqdan qoruyur”.
Ekspert vurğulayır ki, şəbəkələşmə (netvörkinq) status yox, fayda mübadiləsi əsasında olmalıdır:
“Netvörkinq dedikdə çoxları yalnız yüksək vəzifəli şəxslərlə tanış olub onlardan kömək gözləməyi başa düşür. Bu, tamamilə yanlış yanaşmadır. Əsl şəbəkələşmədə qarşıdakı insanın statusu deyil, onun öyrətmə marağı və sizin ona verə biləcəyiniz fayda önəmlidir.
Şəbəkələşmə qarşılıqlı öyrənmə prosesidir. "O mənə kömək etməlidir" yox, "Biz bir-birimizə nə qata bilərik?" sualı əsas olmalıdır”.

O, həmçinin gənclərə bildirir ki, müqayisəni dayandırıb, reallığı görmək daha məqsədəuyğundur:
"Özünüzü başqaları ilə müqayisə etmək enerjinizi daxildən bitirir. Xüsusilə böyük bizneslərin sistemini görüb ruhdan düşməyin. Böyük şirkətlər artıq pik həddə çatıb, sistemlərini qurub və avtomatlaşdırıblar. Onlar hər yeni təklifi və ya işçini dərhal qəbul etməyə bilərlər”.
Mütəxəssis gənclərə məsləhət görür ki, startaplar və kiçik komandalar parlamaq üçün ən yaxşı yerdir: "Karyeranın başlanğıcında böyük şirkətlərə CV atıb gözləyən müddətdə kiçik komandalara və ya startaplara qoşulmaq daha effektivdir.
Startaplarda sizə daha çox məsuliyyət verilir. Çünki burada hər kəsin əməyi birbaşa görünür.
Burada real bacarıqlarınızı nümayiş etdirmək və qısa müddətdə böyük təcrübə toplamaq şansınız daha yüksəkdir”.
Mütəxəssis bildirir ki, daim axtarışda olmaqdansa, özünüzə standart bir hədəf seçin, çətinliklərdən qorxmayın və kiçik komandalarda var gücü ortaya qoyaraq özünüzü sübut edin:
“Daim nəzərinizdə qalsın ki, ən böyük sərmayə vaxtdır və onu düzgün idarə etmək sizin əlinizdədir”.
Nuranə Mübariz
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTramvay xətləri dövlət mülkiyyətində olacaq
04.06.2026Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk
04.06.2026Mopedlərlə bağlı yeni QAYDA
04.06.2026"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər
04.06.2026Hesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026