Populyar Al alətlərini təqlid edən yeni zərərli proqramlar aşkarlandı

Redaktor

19.03.2026 19:16
25

Populyar Al alətlərini təqlid edən yeni zərərli proqramlar aşkarlandı

"Kaspersky" Təhdid Araşdırmaları komandası proqram təminatı hazırlayanları hədəf alan və populyar süni intellekt (Al) alətlərini təqlid edən yeni kiberhücum dalğası aşkar edib.

Valyuta.az xəbər verir ki, məlumatlara görə, hücumçular "Anthropic" şirkətinin "Claude Code" və "OpenClaw" kimi alətlərinin quraşdırma səhifələrini tam şəkildə kopyalayaraq istifadəçilərin sistemlərinə məlumat oğurlayan zərərli proqramlar yerləşdirirlər. Axtarış sistemlərində yayılan sponsorlu reklamlar vasitəsilə təqdim olunan bu saxta saytlar peşəkar proqramçıların hesab məlumatlarını və kripto cüzdanlarını ələ keçirməyi hədəfləyir.

Hücum üsulu istifadəçilərin rəsmi sənədləşmə hesab etdikləri səhifələrdəki quraşdırma komandalarını kopyalayıb icra etmələrinə əsaslanır. Bu komandalar vəd edilən proqramı quraşdırmaq əvəzinə, "Windows" sistemlərinə "Amatera", "macOS" cihazlarına isə "AMOS" adlı zərərli proqramları yükləyir.

"Kaspersky" mütəxəssisləri bildirir ki, bu kampaniya xüsusilə böyük təşkilatlarda çalışan və süni intellekt əsaslı proqramlaşdırma alətlərinə güvənən peşəkarlar üçün yüksək risk yaradır.

Kibertəhlükəsizlik mütəxəssisi Vladimir Qurski xəbərdarlıq edib ki, sistem yoluxduğu halda yalnız şəxsi hesablar deyil, aktiv layihələrin mənbə kodları və şirkətdaxili məxfi məlumatlar da ifşa oluna bilər.

Mütəxəssislər proqramçıları yükləmə linklərini diqqətlə yoxlamağa, xarici mənbələrdən götürülən komandaları icra etməzdən əvvəl analiz etməyə və etibarlı təhlükəsizlik həllərindən istifadə etməyə çağırır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Geyimlərə çəkilən xərc 68 milyonu keçdi

19.03.2026

Tim Kuk açıqladı: "Apple"dan ayrılacaq?

19.03.2026

Bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib

19.03.2026

Populyar Al alətlərini təqlid edən yeni zərərli proqramlar aşkarlandı

19.03.2026

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb

19.03.2026

Meyvə-tərəvəz ixracı 144 milyon dolları ötüb

19.03.2026

Yanmayan və köhnəlməyən su batareyası: Lityum-ionun hökmranlığı sarsılır

19.03.2026

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb

19.03.2026

"Intel", yoxsa AMD: Prosessor müharibələrində balans dəyişir?

19.03.2026

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

19.03.2026

İlk iki ayda 35 ədəd noutbuk istehsal edilib

19.03.2026

500 000 ABŞ dolları investisiya alan startap

19.03.2026

Bu istiqamətdə birbaşa hərəkətə icazə verildi

19.03.2026

Firdovsi Əliyev özünə yeni müavin təyin etdi

19.03.2026
Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın

Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın

19.03.2026

Lüks dünyasının ilk 3-lüyü - Milyardlıq brendlər

19.03.2026

"Omid"ə məxsus mağazada nöqsan aşkarlandı

19.03.2026

Qızıla, yoxsa gümüşə investisiya daha yaxşıdır?

19.03.2026
Şirkəti sevirsən, amma rəhbərlə işləyə bilmirsən - çıxış yolu nədir?

Şirkəti sevirsən, amma rəhbərlə işləyə bilmirsən - çıxış yolu nədir?

19.03.2026

Çin bazarında "Nvidia" dominantlığı: Məhdudiyyətlər yumşaldıldı, sifarişlər artdı

19.03.2026

Məzənnə

Yüklənir...