"Huawei" "Nvidia"ya rəqib olacaq yeni AI çip hazırlayır

Redaktor

28.04.2025 21:00
381

"Huawei" "Nvidia"ya rəqib olacaq yeni AI çip hazırlayır

"Huawei" süni intellektin (Al) öyrənilməsi üçün nəzərdə tutulan yeni "Ascend 910D" prosessorunu test etmək üzrədir. Şirkət ümid edir ki, bu çip Çin bazarında ABŞ texnoloji nəhəngi "Nvidia"nın yüksək performanslı həllərini qismən əvəz edə bilər.

Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Mənbələrin məlumatına görə, "Huawei" artıq yeni AI prosessorunun testləri üçün Çin texnoloji şirkətləri ilə danışıqlar aparır. Çipin ilk nümunələrinin mayın sonunda yoxlanış üçün hazır olacağı gözlənilir. İnkişaf erkən mərhələdə olsa da, "Huawei Ascend 910D-nin "Nvidia H100"dən üstün olacağını planlaşdırır.

Bu inkişaf, ABŞ-nin Çinə "Nvidia H20" kimi qabaqcıl çiplərin ixracına qoyduğu məhdudiyyətlər fonunda baş verir. Bu məhdudiyyətlər, sanksiyalara baxmayaraq, "Huawei" və digər yerli istehsalçılar üçün yeni imkanlar yaradır. "Huawei" artıq "Nvidia" çiplərinin yerli analoqlarını hazırlamaqda liderlərdən biridir. Şirkət əvvəllər "Mate 60 "smartfonunda Çin istehsalı çiplərdən istifadə edərək ABŞ məhdudiyyətlərini aşmaq qabiliyyətini nümayiş etdirmişdi.

2024-cü ildə "Huawei" əvvəlki nəsillərdən olan 800.000-dən çox "Ascend" çipi (910B və 910C modelləri) dövlət telekommunikasiya şirkətlərinə və "TikTok-un sahibi "ByteDance" kimi özəl AI inkişafçılarına təqdim etməyi planlaşdırır. "Nvidia H20"nin təchizatına qoyulan məhdudiyyətlərdən sonra bəzi müştərilər artıq "Ascend 910C" sifarişlərini artırmaq imkanlarını müzakirə edirlər.

Çin çipləri hələ də qərb analoqlarından bir neçə il geridə olsa da, "Huawei" və digər yerli istehsalçılar çiplərin bir-birinə qoşulması yolu ilə ümumi sistem performansını artırmaq üçün çalışırlar. Məsələn, apreldə təqdim edilən "CloudMatrix 384" hesablama sistemi bəzi tapşırıqlarda "Nvidia"nın flagman həllərindən də üstün ola bilər, baxmayaraq ki, enerji sərfiyyatı daha yüksək ola bilər.

Paşa Məmmədli
 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Nazirlik "Dokta"da yoxlama apardı - Pozuntular aşkarladı

13.03.2026

"Binance" 8 kriptovalyutanı “izləmə siyahısı”na aldı - birjadan çıxarılma riski var

13.03.2026

Neft qiymətləri dayanmır: Analitiklərdən yeni proqnoz

13.03.2026

Trampın sərvəti niyə 1,4 milyard dollar artıb?

13.03.2026

Rusiyadan idxal iki dəfəyə yaxın azalıb

13.03.2026

Qalmaqallı şirkət nizamnamə kapitalını 5 milyon manat azaltdı

13.03.2026

Avro dollara qarşı 2025-ci ilin avqust ayından bəri ən aşağı səviyyəyə düşdü

13.03.2026

Restoranlar müştərilərdən nəyi gizlədir?

13.03.2026

Şənbə gününün hava proqnozu

13.03.2026

Yetərli maaş nə qədər olmalıdır? - İsmayıl Məmmədov

13.03.2026

Məzənnə

Yüklənir...