Redaktor
Qızıl və gümüşdə yavaşlama: Rekorddan sonra satış dalğası…
Qızıl və gümüş qiymətləri, son həftələrdə müşahidə olunan güclü artımlardan sonra investorların mənfəət realizasiyasına yönəlməsi ilə birlikdə düşüşə keçib.
Valyuta.az xəbər verir ki, qlobal bazarlarda dolların güclənməsi də qiymətli metallar üzərində satış təzyiqini artırıb.
Spot qızıl 0,7% dəyər itirərək unsiya başına 4 466 dollara enərkən, fevral ayı üçün ABŞ qızıl kontraktları da 0,4% azalma ilə təxminən 4 477 dollardan ticarət olunub. Qızıl dekabrın sonunda 4 549 dolları keçərək tarixi zirvəsinə çatmışdı.
Güclənən dollar qızıla təzyiq edir
ABŞ dolları, yaxınlaşan yoğun iqtisadi məlumatlar öncəsi son həftələrin ən güclü səviyyələrinə yaxın mövqeyini qoruyur. Dolların dəyər qazanması, dollarla qiymətləndirilən qızıl və digər qiymətli metalləri xarici investorlar üçün daha bahalı edir və tələbə məhdudiyyət gətirir.
FED gözləntiləri qiymətlənmələrə təsir edir
Bazarlar ABŞ Federal Ehtiyyat Sistemi (FED) pul siyasəti ilə bağlı gözləntiləri yaxından izləyir. FED İdarə Heyətinin üzvü Stepan Miran iqtisadi artımı qorumaq üçün bu il daha güclü faiz endirimlərinə ehtiyac olacağını bildirib.
İnvestorlar FED-in 2026-cı il ərzində ən azı iki faiz endirimi edə biləcəyini qiymətləndirir. Həftənin ən kritik göstəricisi isə cümə günü açıqlanacaq qeyri-əkin sahəsi məşğulluq rəqəmləridir.
Geopolitik inkişaflar izlənilir
Geopolitik sahədə ABŞ ilə Venesuela arasındakı neft sazişi bazarların diqqətindədir. ABŞ prezidenti Donald Tramp Venesueladan ABŞ-a milyardlarla dollarlıq xam neft ixracı ilə bağlı razılığa gəldiklərini açıqlayıb. Bu inkişafın qlobal enerji təchizatı balansına təsir göstərə biləcəyi bildirilir.
Gümüş və digər metallərdə kəskin geriləmə
Qızıldakı düşüşə paralel olaraq gümüş qiymətlərində də satışlar sürətlənib. Spot gümüş 1,2% azalma ilə 80,34 dollara düşüb. Gümüş dekabr sonunda 83,62 dollarla tarixi zirvəsini görmüş və ili 147% artımla tamamlayaraq güclü performans sərgiləmişdi.
Platin qiyməti 2,9% düşərək 2 373 dollara, paladyum isə 2,5% dəyər itirərək 1 777 dollar səviyyəsində ticarət olunub. Qiymətli metallərdə qısa müddətli düzəliş meyli diqqət çəkir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRobert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür
09.01.2026"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…
09.01.2026Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI
09.01.2026"OpenAI" "Convogo"nun komandasını satın alır
09.01.2026Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ
09.01.2026Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı
09.01.20262025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr
09.01.2026Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub
09.01.2026Bəzi abidələrin siyahısına dəyişiklik edildi
09.01.2026Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
09.01.2026Ən çox şikayət olunan internet provayderləri açıqlanıb
09.01.2026ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir
09.01.2026“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?
09.01.2026