Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür

Redaktor

10.01.2026 08:45
298

Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür - SƏHƏR OXUSU

Məşhur maliyyə mütəxəssisi və “Zəngin ata, kasıb ata” seriyasının müəllifi Robert Kiyosaki gəlir qazanmağın yalnız bir işə girib maaş almaqdan ibarət olmadığını deyir. O, şəxsi maliyyə həyatınızı və müstəqilliyinizi gücləndirmək üçün diqqət etməli olduğunuz dörd fərqli gəlir kvadrantını müəyyənləşdirib.

Kiyosaki “Zəngin atanın pul axını kvadrantı: maliyyə azadlığı üçün bələdçi” adlı kitabında oxuculara gəlir mənbələrini tanımağı və nəticədə maliyyə cəhətdən daha az asılı vəziyyətdə olmağı tövsiyə edir. Hərçənd böyük maliyyə qərarları mütləq etibarlı məsləhətçilərlə məsləhətləşməklə verilməlidir, bu yanaşma düşünmək üçün yeni baxış bucaqları təqdim edir.

İşçi kimi gəlir

Kiyosakinin ilk təsvir etdiyi gəlir forması ənənəvi maliyyə təhlükəsizliyi ehtiyacına əsaslanır – yəni, işçi olaraq çalışmaq. Bu modeldə insanlar zamanlarını pula dəyişirlər və qarşılığında sabit maaş və bəzi sosial təminatlara sahib olurlar. Lakin Kiyosaki xatırladır: işləməyə ara verdikdə gəlir də dayanır.

İşçi olmaq həm də zamanınıza və vergi məsələlərinə nəzarətin məhdud olması deməkdir. Əmək haqqı strukturları da gəlir imkanlarınızı məhdudlaşdırır. Kiyosaki insanlara ehtiraslarına uyğun yollarla gəlir əldə etməyi tövsiyə edir.

“Yolun özü hədəfdir”, – deyə o yazır. “Başqa sözlə, həyatda öz yolunu tapmaq, sənin həyatdakı hədəfindir”.

Lakin əlbəttə ki, gündəlik ehtiyacları qarşılamaq üçün gəlir təmin etmək də vacibdir. Ona görə də, “günün birində çıx get” yanaşmasından öncə balansı qorumaq lazımdır.

Özünüməşğulluq və ya sahibkar kimi gəlir

Kiyosakiyə görə, işləri öz istədiyi kimi görmək istəyənlər çox vaxt işçi mövqeyindən çıxaraq sahibkarlığa doğru addım atırlar. Həkimlər, hüquqşünaslar, məsləhətçilər, frilanserlər və kiçik biznes sahibləri bu qrupa daxildir.

Bu şəxslər daha sərbəst işləyə və şəxsi ideyalarını həyata keçirə bilirlər. Ancaq Kiyosaki xəbərdarlıq edir: vergi baxımından onlar da çətinliklərlə üzləşirlər və iş dayandıqda gəlir də dayanır.

“İstər işçi, istərsə də kiçik sahibkar kimi gəlir qazanan insanlar qazandıqlarının təxminən 50%-ni vergi şəklində itirirlər”, – deyə o yazır. “Qazanılmış gəlir yüksək dərəcədə vergiyə cəlb olunur”.

Bu rəqəm hər bir ölkədə və vəziyyətdə eyni olmasa da, əsas fikir odur ki, bu iki kvadrantda olan şəxslər sərbəstlik və gəlir potensialı baxımından məhdudiyyətlərlə üzləşirlər.

Böyük biznes sahibi kimi gəlir

Uğurlu biznes sahibinin göstəricisi odur ki, onun qurduğu sistem gəlir gətirməyə davam edir – özü orada fiziki olaraq iştirak etməsə belə. Bu növ bizneslər sahibləri məzuniyyətə getsə də, gəlir axını dayanmaz.

Bu qrupa françayz sahibləri, güclü idarəetmə komandası olan CEO-lar və dayanıqlı sistemlər quran sahibkarlar daxildir.

İnvestisiya gəliri

Ən effektiv gəlir formalarından biri – düzgün, erkən və mütəmadi investisiya etməkdir. Kiyosakiyə görə, investorlar səhm, istiqraz, daşınmaz əmlak və ya özlərinin birbaşa idarə etmədikləri bizneslərdən passiv gəlir əldə edirlər.

İnvestisiyalardan gələn pul axını insanın işləyib-işləməməsindən asılı olmayaraq davam edir – istər ofisdə olsun, istərsə də dəniz kənarında.

Əlavə olaraq 3 gəlir növü

Kiyosaki gəlirin dörd kvadratından başqa, aşağıdakı üç gəlir növünü də fərqləndirir:

Qazanılmış gəlir: Ənənəvi işdən və ya fəal şəkildə idarə olunan biznesdən gələn gəlir.

Portfel gəliri: Aktivlərin (məsələn, səhmlərin) alqı-satqısından əldə olunan qazanc.

Passiv gəlir: Gündəlik nəzarət tələb etməyən icarə mülkləri, royaltilər və ya bizneslərdən davamlı gəlir.

Əgər siz Kiyosakinin yanaşmasını tam tətbiq etmək istəmirsinizsə belə – məsələn, CEO olmaq arzusunda deyilsinizsə, onun gəlir mənbələrini şaxələndirmək və passiv gəlirlə maliyyə axınını təmin etmək barədə tövsiyəsi düşünməyə dəyər. Üstəlik, ehtiraslarınızın arxasınca getmək çağırışı da heç vaxt əhəmiyyətsiz deyil.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakı-Sumqayıt ekspres marşrutlarında qiymət dəyişikliyi ediləcək

13.01.2026

ABB-nin İdarə Heyətinə yeni üzv seçildi

13.01.2026

Nazir generalı təqaüdə göndərdi

13.01.2026

"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə

13.01.2026
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON

Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON

13.01.2026

Daha 9 startap vergidən azad olundu

13.01.2026

Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"

13.01.2026

İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi

13.01.2026

Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb

13.01.2026

İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub

13.01.2026

İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub

13.01.2026
Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

13.01.2026

Azərbaycanda son 5 ildə nə qədər təbii qaz istehsal olunub?

13.01.2026

Prezident Tərtər və Ağdərəyə səfər etdi

13.01.2026

"Apple" geri addım atdı, yeni "Siri"ni ən böyük rəqibinə etibar etdi

13.01.2026

"Alphabet"in bazar dəyəri 4 trilyon dolları keçdi

13.01.2026

Azərbaycan Turizm Bürosunun sədr müavini işdən çıxıb - YENİ VƏZİFƏ

13.01.2026

Sabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək

13.01.2026

İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

13.01.2026

Avropa bankları Bakı milyonçusunun pullarını qaytarmır

13.01.2026

Məzənnə

Yüklənir...