Redaktor
Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub
PAŞA Bank -ın Marketinq Direktoru Zara İbrahimzadə bank daxilində yeni vəzifəyə təyin olunub. O, artıq PAŞA Bankın Baş Direktoruna müşavir vəzifəsini icra edir.
Valyuta.az xəbər verir ki, Zara İbrahimzadə ötən üç il ərzində, 2023-cü ilin fevralından etibarən, PAŞA Bankın Marketinq Direktoru kimi fəaliyyət göstərib. Onun rəhbərliyi altında 50 nəfərdən ibarət marketinq ekosistemi bankın kommersial artımı, brend nüfuzu və müştəri məmnuniyyətinin artırılması üçün çalışıb.
Onun bankdakı fəaliyyəti dəyərlərə əsaslanan qərarların qəbulu və ölçülə bilən biznes təsirinə yönəlmişdir.
Böyük və zəngin təcrübəyə malik olan Zara İbrahimzadə, 2020-2023-cü illərdə ABB-də Marketinq Direktoru, 2016-2020-ci illərdə SOCAR Türkiyə-də Marketinq və Kommunikasiya Meneceri/Koordinatoru, 2015-2016-cı illərdə isə Akkuyu Nükleer-də İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri vəzifələrində çalışıb.
İbrahimzadənin peşəkar karyerasına 2007-2015-ci illərdə LUKOIL EURASIA PETROL A.Ş.-də İctimaiyyətlə Əlaqələr və Reklam Meneceri kimi fəaliyyəti, eləcə də daha əvvəl Sparrows Group, EU TACIS layihəsi və Financial Times-da müxtəlif vəzifələrdə işləməsi daxildir.
©GDP
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakı-Sumqayıt ekspres marşrutlarında qiymət dəyişikliyi ediləcək
13.01.2026ABB-nin İdarə Heyətinə yeni üzv seçildi
13.01.2026Nazir generalı təqaüdə göndərdi
13.01.2026"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə
13.01.2026
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON
13.01.2026Daha 9 startap vergidən azad olundu
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
13.01.2026İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
13.01.2026Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb
13.01.2026İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub
13.01.2026İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub
13.01.2026