7 milyonluq infrastruktur layihəsi ləğv olundu

Redaktor

04.03.2026 20:49
92

7 milyonluq infrastruktur layihəsi ləğv olundu - SƏBƏB

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi tərəfindən elan edilmiş tender ləğv olunub.

Valyuta.az xəbər verir ki, tender Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkəsi və müvafiq qurğuların tikintisi layihəsini əhatə edirdi. Layihə üzrə nəzərdə tutulan məbləğ 7 milyon 181 min 133,08 manat olub.

Tenderin ləğv edilməsinə səbəb isə satınalmada kifayət qədər iştirakçı olmaması göstərilib. Belə ki, prosedurda təklif və təklif təminatı təqdim edən, həmçinin tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayı üçdən az olub.

Qeyd edək ki, tenderi ləğv olunan şirkətin qanuni təmsilçisi Məmmədov Samir Teymur oğludur. Şirkətin nizamnamə kapitalı 59 min 981 manat təşkil edir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...