Redaktor
Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI
Son illər paytaxtda və regionlarda fəaliyyət göstərən mağazalara diqqət yetirdikdə, vitrində təkcə yerli istehsal deyil, müxtəlif ölkələrdən gətirilən ət məhsullarının da yer aldığını görmək mümkündür.
Qablaşdırmalar üzərində xarici istehsalçı adları, fərqli mənşə ölkələri və idxal tarixləri alıcıların diqqətini çəkir.
Bir çox istehlakçı bu məhsulların haradan gətirildiyi, keyfiyyəti və qiymət fərqlərinin səbəbi ilə maraqlanır. Xaricdən idxal olunan ət məhsulları əksər hallarda yerli ətlə müqayisədə daha münasib qiymətə təklif olunur. Bu da bazarda alternativ seçimlərin artmasına və istehlakçıların daha ucuz məhsullara yönəlməsinə səbəb olur.
Qiymət fərqini həmin ölkələrdə heyvandarlığın sənaye üsulu ilə inkişaf etməsi, istehsal xərclərinin nisbətən aşağı olması və iri həcmli ixrac imkanları ilə əlaqələndirilir.
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycana bir sıra ölkələrdən heyvan əti idxal olunur. Rəsmi məlumata görə, ölkəyə Monqolustan, Ukrayna, Braziliya, Belarus, Argentina, Hindistan, Gürcüstan, Rusiya, eləcə də digər dövlətlərdən müxtəlif növ ət məhsulları gətirilir. Bu məhsullar müvafiq nəzarət prosedurlarından keçdikdən sonra daxili bazara buraxılır.
Qeyd edək ki, idxal olunan bütün ət məhsulları sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şəkildə yoxlanılır. Yalnız təhlükəsizlik göstəricilərinə cavab verən məhsulların satışına icazə verilir. Bu isə istehlakçıların sağlamlığının qorunması baxımından əsas prioritetlərdən biri kimi göstərilir.
Hazırda mağazalarda satılan xarici mənşəli ətlərin coğrafiyası kifayət qədər genişdir. Latın Amerikasından Asiyaya, Avropadan qonşu ölkələrə qədər müxtəlif regionları əhatə edən bu idxal, Azərbaycanın ət bazarında çeşid bolluğu yaradır. İdxal ətinin bazarda payının artması həm qiymətlərin müəyyən qədər tənzimlənməsinə, həm də rəqabətin güclənməsinə təsir göstərir.
Bununla yanaşı, istehlakçıların bir qismi hələ də yerli ətə üstünlük verir və bunu dad, təzəlik və ənənəvi istehsal üsulları ilə əlaqələndirir. Digər qrup isə daha əlçatan qiymətə görə idxal olunan məhsullara maraq göstərir. Nəticədə bazarda yerli və xarici ət məhsulları arasında seçim imkanı formalaşır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən populyar avtomobili seçildi - TOP-10
09.01.2026Bu sığorta növlərində müştərilərə heç bir ödəniş edilməyib
09.01.202630 illik səssizlik pozulur: Kompüter dünyasının əfsanə markası geri qayıdır
09.01.2026Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür
09.01.2026"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…
09.01.2026Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI
09.01.2026"OpenAI" "Convogo"nun komandasını satın alır
09.01.2026Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ
09.01.2026Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı
09.01.20262025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr
09.01.2026Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub
09.01.2026Bəzi abidələrin siyahısına dəyişiklik edildi
09.01.2026Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
09.01.2026Ən çox şikayət olunan internet provayderləri açıqlanıb
09.01.2026ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir
09.01.2026“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?
09.01.2026