“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?

Redaktor

09.01.2026 17:25
80

“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?

“Microsoft” 2025-ci ildə baş tutan 15 min nəfərlik işdən çıxarmalardan sonra 2026-cı ilin birinci rübündə daha genişmiqyaslı ixtisar dalğasına hazırlaşır. Şirkət daxilində səslənən iddialara əsasən, bu mərhələ minlərlə əməkdaşın işini itirməsi ilə nəticələnə bilər. Adətən yanvar və iyul aylarını bu cür radikal qərarlar üçün seçən “Microsoft” görünür, yeni ilə yenə vida məktubları ilə başlayır.

Valyuta.az xəbər verir ki, “Microsoft”un baş icraçı direktoru Satya Nadella artıq 2026-cı ilin texnologiya sektoru üçün olduqca çətin keçə biləcəyinə işarə etmişdi. Şirkət süni intellekti sadəcə nümayiş xarakterli demolar səviyyəsindən çıxarıb sistemlərinə tam şəkildə inteqrasiya etməyə fokuslanır. 

Bu prosesdə prioritet videokartlara və nəhəng məlumat mərkəzlərinə verilir, kapital xərcləri məhz bu istiqamətə yönəldilir. Lakin bu iri investisiyaların maliyyələşdirilməsi üçün “insan resurslarına” qənaət yolunun seçildiyi bildirilir, yəni işçilərin yerini süni intellekt infrastrukturları tutur.

220 min əməkdaş “dezavantaj” sayılır

Nadellanın fikrincə, təxminən 220 min əməkdaşı olan “Microsoft”un hazırkı ölçüsü süni intellekt yarışında “ciddi dezavantaj” yaradır. Onun sözlərinə görə, pandemiya dövründə aparılan həddindən artıq işə qəbuldan sonra şirkət ağır və çevik olmayan struktura çevrilib, bu da qərarvermə proseslərini ləngidir. Rəhbərlik indi təşkilati strukturu sadələşdirmək üçün orta səviyyəli menecerləri ixtisar etməyə başlayıb. Kulis məlumatlarına əsasən, qlobal işçi qüvvəsinin 5–10 faizi arasında azalma ola bilər ki, bu da təxminən 11–22 min nəfərin işsiz qalması deməkdir.

Hələlik rəsmi açıqlama verilməsə də, risk altında olan bölmələr artıq formalaşmağa başlayıb. Orta səviyyəli menecerlərlə yanaşı, “Azure” bulud əməliyyatları, “Xbox” oyun bölməsi, satış komandaları və əsas mühəndislikdən kənar bəzi texniki rolların hədəfdə olduğu bildirilir. Xüsusilə “Azure” və oyun istiqamətlərində mümkün ixtisarların şirkətin əsas gəlir mənbələrinə necə təsir göstərəcəyi suallar doğurur.

İşsizlik artır, süni intellekt ümid olaraq qalır

ABŞ-da işsizlik səviyyəsinin 2025-ci ilin iyun ayından bəri artması işdən çıxarılacaq şəxslər üçün vəziyyəti daha da çətinləşdirir. Yeni iş elanlarının azalması texnologiya sahəsində çalışanların seçim imkanlarını məhdudlaşdırır. İndi əsas sual budur: ənənəvi sahələrdə baş verən bu kütləvi ixtisarlar süni intellekt yönümlü yeni iş yerləri ilə nə qədər tez kompensasiya edilə biləcək?

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən populyar avtomobili seçildi - TOP-10

09.01.2026

Bu sığorta növlərində müştərilərə heç bir ödəniş edilməyib

09.01.2026

30 illik səssizlik pozulur: Kompüter dünyasının əfsanə markası geri qayıdır

09.01.2026

Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür

09.01.2026

"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…

09.01.2026

Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI

09.01.2026

"OpenAI" "Convogo"nun komandasını satın alır

09.01.2026

Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ

09.01.2026

Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı

09.01.2026

2025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr

09.01.2026

Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub

09.01.2026

Bəzi abidələrin siyahısına dəyişiklik edildi

09.01.2026

Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!

09.01.2026

Ən çox şikayət olunan internet provayderləri açıqlanıb

09.01.2026

ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir

09.01.2026

“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?

09.01.2026
Ən çox izlənilən "YouTube" videoları və onların gətirdiyi gəlir

Ən çox izlənilən "YouTube" videoları və onların gətirdiyi gəlir

09.01.2026

BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır

09.01.2026

Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat

09.01.2026

Tim Kuk ötən il 74,3 milyon dollar qazanıb

09.01.2026

Məzənnə

Yüklənir...