Redaktor
Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı
Rusiya Federasiyasına göndərilmiş "təzə göyərti" yükünə görə şirkət cərimələnib.
Valyuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "North-South Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol tərtib edib və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, şirkət iki il əvvəl Rusiya Federasiyasına göndərilmiş "təzə göyərti" yükünün müqabilində ödənilməli olan 3921,90 ABŞ dolları vəsaiti Azərbaycanda müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməyib.
Məhkəmənin hökmü ilə "North-South Stream" MMC nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti 3921,90 ABŞ dolları xarici valyuta dəyərinin 30 faizi məbləğində, yəni 1177 dollar (dolların ödəniş gününə qüvvədə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə) cərimə olunub.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin 2024-cü ildə "Cənub Aqropark" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı ilə fəaliyyət göstərib. Şirkət 2019-cu ilin fevral ayında yaradılıb. İlk qanuni təmsilçisi Rzayev Fərid Səttar oğlu olub. Daha sonra Pulatov Pulat Nazifoviç, Qarayev Hüseyn Fazil oğlu, Qəhrəmanov Fuad Əhliman oğlu, Şəfiyeva Nailə Əhəd qızı olub, hazırkı qanuni təmsilçisi isə Novruzəliyev Bəhruz Zirəddin oğludur.
"North-South Stream" MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1964822.29 AZN vergi borcu var.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən populyar avtomobili seçildi - TOP-10
09.01.2026Bu sığorta növlərində müştərilərə heç bir ödəniş edilməyib
09.01.202630 illik səssizlik pozulur: Kompüter dünyasının əfsanə markası geri qayıdır
09.01.2026Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür
09.01.2026"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…
09.01.2026Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI
09.01.2026"OpenAI" "Convogo"nun komandasını satın alır
09.01.2026Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ
09.01.2026Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı
09.01.20262025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr
09.01.2026Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub
09.01.2026Bəzi abidələrin siyahısına dəyişiklik edildi
09.01.2026Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
09.01.2026Ən çox şikayət olunan internet provayderləri açıqlanıb
09.01.2026ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir
09.01.2026“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?
09.01.2026