Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi (YENİLƏNİB)

Redaktor

12.12.2024 17:56
962

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi (YENİLƏNİB)

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

Valyuta.az xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

X X X

Azərbaycanın çağdaş tarixində silinməz iz qoymuş Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyətlərdən biridir. Müstəqilliyimizin möhkəmləndirilməsi, milli şüurun inkişafı, iqtisadiyyatın tərəqqisi və ordu quruculuğu Ulu Öndərin hakimiyyətdə olduğu dövrün əsas nailiyyətləridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider tərəfindən dövlətçiliyin əsasları qoyuldu və genişmiqyaslı islahatlara start verildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb.

Xalqımız Dahi Şəxsiyyətin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. İyirminci əsrin 90-cı illərində çox çətin dönəm yaşamış Azərbaycan xalqı qurtuluşuna, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu hesab edir. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan izdiham Ulu Öndərin xatirəsinə böyük hörmətin əlamətidir. Xalqımız Heydər Əliyevin azərbaycançılıq ideologiyasına sadiqdir.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, Azərbaycanı bütöv görmək idi. Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev reallığa çevirdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi hərbi-siyasi yolla bərpa olundu. İndi üçrəngli Dövlət Bayrağımız bütöv Azərbaycanın hər bir guşəsində qürurla dalğalanır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Görkəmli dövlət xadimi Heydər Əliyev cismən aramızda olmasa da onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırır. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün vətənimizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib.

Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb

17.03.2026

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb

17.03.2026

"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?

17.03.2026

Məzənnə

Yüklənir...