Pley-offa vəsiqə "Qarabağ"a nə qədər qazandırdı?

Redaktor

29.01.2026 12:01
102

Pley-offa vəsiqə "Qarabağ"a nə qədər qazandırdı?

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda səfərdə "Liverpul"a böyük hesabla uduzsa da (0:6), pley-offa yüksələn "Qarabağ" büdcəsini zənginləşdirməyə davam edir.

Valyuta.Az Fanat.Az-a istinadla xəbər verir ki, 10 xalla 22-ci olan ağdamlılar 1/16 finala adladığı üçün daha 1 milyon avro (təxminən 2 milyon manat) qazanıb.

Beləliklə, "köhlənlər"in turnirin əsas mərhələsindəki qazancı 8 milyon avroya (16 milyon manat) çatıb. 

ÇL-in təsnifat mərhələlərini nəzərə alsaq, "Qarabağ"ın qazancı 19 milyon 620 min avrodur - 38,38 milyon manat. ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə daha 23,7 milyon avro (47,1 milyon manat) gəlir əldə edən “Qarabağ”ın cari mövsümdəki toplam gəliri 31,75 milyon avroya (təqribən 63,11 milyon manat) çatıb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...