TikTok-un ən məşhuru 1 milyard dollarlıq razılaşma imzaladı

Redaktor

29.01.2026 12:42
124

TikTok-un ən məşhuru 1 milyard dollarlıq razılaşma imzaladı

Dünyanın TikTok-da ən çox izlənən şəxsi olan Xabi Leym, "Rich Sparkle Holdings" adlı Nasdaq-da listinq edilmiş maliyyə şirkəti ilə təxminən 1 milyard dollarlıq müqavilə imzalayıb. Bu razılaşma, 25 yaşlı fenomenin qlobal izləyici bazasını yeni nəsil yaradıcı biznesin əsas dayaq nöqtəsinə çevirəcək.

Valyuta.az xəbər verir ki, müqavilə Leimə məxsus olan "Step Distinctive Limited" şirkəti ətrafında cəmlənir. Bu şirkət onun brendini, intellektual mülkiyyətini və kommersiya fəaliyyətlərini idarə edir. "Rich Sparkle" keçən həftə bu şirkətin alınmasını 975 milyon dollar dəyərində səhmlərlə həyata keçirdiyini elan edib.

Razılaşma "Rich Sparkle" şirkətinə Leim brendi üzərində qlobal, eksklüziv hüquqlar verir. Bu o deməkdir ki, artıq onun TikTok mağazası, canlı yayımla satışlar, brend tərəfdaşlıqları, fiziki məhsullar və gələcək lisenziyalaşdırma işləri bu şirkət tərəfindən idarə olunacaq. "Bloomberg"ə görə, şirkət Leimin təsir gücünü geyim, kosmetika və ətir sahəsindəki əməkdaşlıqlarla genişləndirməyi planlaşdırır.

"Rich Sparkle"nin açıqlamasına görə, Leimin izləyici bazasının kommersiyalaşdırılması şirkətə illik 4 milyard dollardan çox gəlir gətirə bilər. Xabi Leym həyat tərzi ilə bağlı "çətinləşdirilmiş" vəziyyətləri və "həyat hiylələrini" səssiz və kinayəli reaksiyalarla ələ salan qısa videoları ilə məşhurlaşıb. Hazırda TikTok-da 160 milyondan çox izləyicisi var, digər platformalarla birlikdə bu rəqəm 360 milyona çatır.

Leimin brendi demək olar ki, sözsüz olduğu üçün universal xarakter daşıyır. Onun qısa və səssiz komik reaksiyaları dil baryerini aşaraq fərqli bazarlarda qəbul olunmasına şərait yaradıb.

Süni intellektlə Leimin "rəqəmsal əkizi" yaradılacaq.

Müqavilənin ən diqqətçəkən məqamlarından biri Leimin süni intellekt klonunun yaradılmasıdır. O, üz ifadələrinin, səsinin və davranış nümunələrinin istifadə olunmasına icazə verib ki, şirkət onun adından çoxdilli məzmunlar yarada bilsin. Bu "rəqəmsal əkiz" dünyanın müxtəlif saat qurşaqlarında fasiləsiz şəkildə məzmun paylaşaraq Leim obrazını daim aktiv saxlayacaq.

Bu razılaşma yaradıcılıq iqtisadiyyatının 250 milyard dollar dəyərində olduğu və daha da böyüdüyü bir dövrə təsadüf edir. "Goldman Sachs" bu bazarın 2027-ci ilə qədər 480 milyard dollara çatacağını proqnozlaşdırır. "Epidemic Sound"un ötən il təqdim etdiyi hesabatda göstərilib ki, kontent yaradıcılarının 91%-i artıq süni intellektdən istifadə edir.

Hazırda əksər kontent yaradıcıları gəlir əldə etmək üçün brend müqavilələrinə və reklamlara güvənir. Lakin Leimin bu razılaşması sübut edir ki, bir yaradıcı şəxsin izləyici bazası və intellektual mülkiyyəti düzgün paketləndikdə bu, milyardlarla dəyərində ola bilər. Bu, qlobal yaradıcılıq iqtisadiyyatında indiyə qədər qeydə alınan ən yüksək maliyyə göstəricilərindən biridir.

Senegalda doğulmuş, İtaliyada böyümüş Leym 2020-ci ilin martında, COVID-19 pandemiyası zamanı işdən çıxarıldıqdan sonra video çəkməyə başlayıb. Hazırda onun TikTok-da 2.6 milyard bəyənisi var.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...