Redaktor
"Lukoil" beynəlxalq aktivlərini "Carlyle Group"a satır - Razılıq əldə olundu
Rusiyanın ikinci ən böyük neft istehsalçısı olan "Lukoil" beynəlxalq aktivlərini idarə edən "LUKOIL International GmbH" şirkətinin satışına razılıq verib.
Valyuta.az xəbər verir ki, sözügedən aktivlər ABŞ-ın özəl investisiya fondu "Carlyle Group" tərəfindən alınacaq.
Şirkət eyni zamanda bildirib ki, Qazaxıstandakı aktivlər "Lukoil"in mülkiyyətində qalacaq və bu satış sazişinə daxil deyil.
Xatırladaq ki, ötən ilin oktyabr ayında ABŞ hökuməti "Lukoil" və Rusiyanın ən böyük neft şirkəti "Rosneft"i sanksiya siyahısına daxil edib. Vaşinqton bu addımı Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqlarında irəliləyişin olmaması ilə əsaslandırıb.
Məhz bu sanksiyalar "Lukoil"i xarici biznesindən imtina etməyə məcbur edib.
Qeyd edək ki,"LUKOIL International GmbH" şirkəti "Lukoil"in Rusiya xaricindəki neft-qaz aktivlərini idarə edən əsas struktur olub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMilyarderlərin ən çox narahat olduğu mövzular açıqlanıb
29.01.2026Milli valyutada verilmiş uzunmüddətli kreditlərin həcmi artıb
29.01.2026TikTok-un ən məşhuru 1 milyard dollarlıq razılaşma imzaladı
29.01.2026Sabah hava yağmursuz olacaq
29.01.2026DSX generalı yüksək vəzifəyə təyin edildi
29.01.2026Pley-offa vəsiqə "Qarabağ"a nə qədər qazandırdı?
29.01.2026Pensiyaçılara şad xəbər: Gələn həftə artımların məbləği bilinəcək
29.01.2026Bankların depozit faizlərindən gəliri 377 milyon manat artıb
29.01.2026Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar azalıb
29.01.2026Nazir polkovniki təqaüdə göndərdi - Yeni təyinat
29.01.2026
İpoteka ilə alınmış ev boşanma zamanı necə bölünür?
29.01.2026"Lukoil" beynəlxalq aktivlərini "Carlyle Group"a satır - Razılıq əldə olundu
29.01.2026Daha bir icra başçısı müavinini vəzifədən azad etdi - FOTO
29.01.2026KOBİA 130 startapa 2 milyon 500 min manat qrant ayırıb
29.01.2026Fuad İsayev: "BOKT sektorunun aktivləri 25% artıb"
29.01.2026
Manatla əmanətlərə ən yüksək faiz bu regionlarda verilir - CƏDVƏL
29.01.2026