Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar azalıb

Redaktor

29.01.2026 11:30
94

Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar azalıb

2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə 85 milyon 525 min manat sığorta haqqı toplanıb.

Valyuta.az-ın məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,85 % və ya 3 milyon 428 min manat azdır.

Hesabat dövründə bu növ sığorta üzrə ödənişlərin həcmi 4 milyon 10 min manat təşkil edib ki, bu da illik müqayisədə 6,39 % və ya 241 min manat artıma bərabərdir.

Qeyd edək ki, 2024-cü ilin yanvar–dekabr aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 88 milyon 953 min manat sığorta haqqı, 3 milyon 769 min manat isə sığorta ödənişi qeydə alınıb.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...