KOBİA 130 startapa 2 milyon 500 min manat qrant ayırıb

Redaktor

29.01.2026 10:42
58

KOBİA 130 startapa 2 milyon 500 min manat qrant ayırıb

Kiçik və Orta Biznes Agentliyi (KOBİA) startaplara xüsusi dəstək mexanizmi ilə bu günədək 130 startapa 2 milyon 500 min manat qrant ayırıb.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Agentliyin İdarə heyəti sədrinin müşaviri Zaur Qardaşov "MyLift" platformasının rəsmi təqdimat mərasimi zamanı deyib.

O bildirib ki, bu tədbir kiçik startap layihələrinin inkişafının göstəricisidir:

"Növbəti onillikdə bizim startap ekosistemimiz daha da inkişaf edəcək. Həmin layihələrin 3 ilədək vergilərdən azad edilməsi də göstərir ki, bu sahəyə maraq olduqca genişdir. Startaplara dəstək bizim işimizdir".

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...