Bankların depozit faizlərindən gəliri 377 milyon manat artıb

Redaktor

29.01.2026 11:40
61

Bankların depozit faizlərindən gəliri 377 milyon manat artıb

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda fəaliyyət göstərən bankların depozitlər üzrə faiz gəlirləri artıb.

Valyuta.az xəbər verir ki, sözügedən kateqoriya üzrə bankların gəliri 41,6% və ya 376,6 milyon manat artaraq 1 milyard 282,0 milyon manat təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə bu göstərici 905,4 milyon manat olub.

Ümumilikdə isə bankların faiz və bu qəbildən olan növləri üzrə ümumi gəliri hesabat dövründə 5 milyard 1,0 milyon manat səviyyəsində qeydə alınıb. Bu, 2024-cü ildəki 3 milyard 969,8 milyon manat ilə müqayisədə 1 milyard 31,2 milyon manat və ya 26,0% çoxdur.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...