Redaktor
Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir
Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir.
Valyuta.az xəbər verir ki, bu, Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilir. Cərimənin tutulması o halda məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilir ki, onun əmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin.
Layihəyə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldiləcək və bu halda "İcra haqqında" qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.
Qeyd edilib ki, Cəzaların İcrası Məcəlləsinin 24-cü maddəsinə əsasən məhkum tərəfindən cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi hallarında mövcud mexanizmin, yəni əvvəlcə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına, yalnız əmlak olmadıqda və ya kifayət etmədikdə əmək haqqına və ya başqa qazancına yönəldilir. Qanunvericilikdə məsələnin bu cür tənzimlənməsi təcrübədə icra prosesini ləngidir, icra tədbirlərinin isə bəzən cərimənin məbləği ilə qeyri-mütənasib nəticələrə səbəb olduğu müşahidə olunur. Xüsusilə nisbətən kiçik məbləğli cərimələr üzrə yüksək dəyərli əmlaka həbs qoyulması və onun hərrac yolu ilə satışı həm vaxt itkisi, həm də əlavə prosedur xərcləri yaradır.
Cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsini, o cümlədən cərimənin ilk növbədə məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin operativliyinin artırmasını və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulmasını və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədi ilə bu qanun layihəsi hazırlanıb.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNazir polkovniki təqaüdə göndərdi - Yeni təyinat
29.01.2026
İpoteka ilə alınmış ev boşanma zamanı necə bölünür?
29.01.2026"Lukoil" beynəlxalq aktivlərini "Carlyle Group"a satır - Razılıq əldə olundu
29.01.2026Daha bir icra başçısı müavinini vəzifədən azad etdi - FOTO
29.01.2026KOBİA 130 startapa 2 milyon 500 min manat qrant ayırıb
29.01.2026Fuad İsayev: "BOKT sektorunun aktivləri 25% artıb"
29.01.2026
Manatla əmanətlərə ən yüksək faiz bu regionlarda verilir - CƏDVƏL
29.01.2026
Maaş qədər işləmək tənbəllikdir?
29.01.2026Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir
29.01.2026AMB: BOKT-lar son 3 ildə 86 milyon manatlıq istiqraz buraxıb
29.01.2026Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək
29.01.2026Azərbaycan nefti bahalaşıb
29.01.2026Evdən işləyən işçi şirkətə az fayda verir?
29.01.2026Qızılın qiyməti 5 500 dollar həddini keçdi
29.01.2026"Xalq Həyat"ın sığorta ödənişlərində 1 milyondan çox azalma
29.01.2026Avro və rubl ucuzlaşıb
29.01.2026