"Lukoil" beynəlxalq aktivlərini "Carlyle Group"a satır - Razılıq əldə olundu

Redaktor

29.01.2026 11:09
59

"Lukoil" beynəlxalq aktivlərini "Carlyle Group"a satır - Razılıq əldə olundu

Rusiyanın ikinci ən böyük neft istehsalçısı olan "Lukoil" beynəlxalq aktivlərini idarə edən "LUKOIL International GmbH" şirkətinin satışına razılıq verib.

Valyuta.az xəbər verir ki, sözügedən aktivlər ABŞ-ın özəl investisiya fondu "Carlyle Group" tərəfindən alınacaq.

Şirkət eyni zamanda bildirib ki, Qazaxıstandakı aktivlər "Lukoil"in mülkiyyətində qalacaq və bu satış sazişinə daxil deyil.

Xatırladaq ki, ötən ilin oktyabr ayında ABŞ hökuməti "Lukoil" və Rusiyanın ən böyük neft şirkəti "Rosneft"i sanksiya siyahısına daxil edib. Vaşinqton bu addımı Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqlarında irəliləyişin olmaması ilə əsaslandırıb.

Məhz bu sanksiyalar "Lukoil"i xarici biznesindən imtina etməyə məcbur edib.

Qeyd edək ki,"LUKOIL International GmbH" şirkəti "Lukoil"in Rusiya xaricindəki neft-qaz aktivlərini idarə edən əsas struktur olub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...