Daha bir icra başçısı müavinini vəzifədən azad etdi

Redaktor

29.01.2026 10:57
70

Daha bir icra başçısı müavinini vəzifədən azad etdi - FOTO

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.

Valyuta.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.

Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2011-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib.

Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, daha əvvəl paytaxtın Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev vəzifəsindən azad olunub.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...