Banklar hansı sahibkarlara daha çox biznes krediti verir?

Redaktor

29.01.2026 09:00
703

Banklar hansı sahibkarlara daha çox biznes krediti verir? - MƏBLƏĞLƏR

2025-ci ilin dekabr ayının sonuna biznes portfeli 16 milyard 106,3 milyon manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 319,1 milyon manat və ya 8,92% çoxdur. 2024-cü ilin 31 dekabr tarixinə biznes portfelinin həcmi 14 milyard 787,2 milyon manat olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə nəzər saldıqda, iri sahibkarlığa yönəldilən vəsaitin 2025-ci ilin hesabat dövrünə 8 milyard 550,2 milyon manat təşkil etdiyi görünür. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 252,9 milyon manat və ya 3,04% artım deməkdir. Ötən ilin müvafiq dövründə iri sahibkarlığa ayrılan vəsait 8 milyard 297,3 milyon manat olub.

Orta sahibkarlığa ayrılan vəsaitdə daha nəzərəçarpan artım qeydə alınıb. Belə ki, 2025-ci ildə orta sahibkarlığa 2 milyard 289 milyon manat kredit yönəldilib. 2024-cü ildə bu göstərici 1 milyard 834 milyon manat olub ki, bu da illik müqayisədə 455 milyon manat və ya 24,8% artım deməkdir.

Kiçik sahibkarlığa ayrılan vəsait isə 1 milyard 706,9 milyon manat təşkil edib. Bu, 2024-cü ilin 1 milyard 548,6 milyon manatı ilə müqayisədə 158,3 milyon manat və ya 10,22% çoxdur.

Mikro sahibkarlığa yönəldilən vəsaitdə də artım müşahidə olunub. Mikro sahibkarlıq subyektlərinə ayrılan biznes kreditləri 3 milyard 107,3 milyon manatdan 3 milyard 560,1 milyon manata yüksəlib. Beləliklə, mikro sahibkarlıq üzrə artım 452,8 milyon manat və ya 14,57% olub.

Sahibkarlıq subyekti 2025-ci il (mln manat) 2024-cü il (mln manat) Artım, (mln manat) Artım, %
Ümumi biznes portfeli 16 106,30 14 787,20 1 319,10 8,92
İri sahibkarlıq 8 550,20 8 297,30 252,9 3,04
Orta sahibkarlıq 2 289 1 834 455 24,8
Kiçik sahibkarlıq 1 706,90 1 548,60 158,3 10,22
Mikro sahibkarlıq 3 560,10 3 107,30 452,8 14,57
28.01.2026

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kredit borcu olan əsgərlərə güzəşt varmı?

14.06.2026

Bir alimin təkəbbürü dünyanı məhvə necə sürüklədi?

14.06.2026

Avtobus gecikdi, sərnişin təzminat aldı: Azərbaycanda da mümkündür?

14.06.2026

400 manata "Qırmızı qatar"la nağıl yaşayın

14.06.2026

Tanınmış yutuberin videosu 1 milyard izləndi

14.06.2026

Azərbaycana gətirilən 100 illik sənət əsərinə 4 min manata yaxın pul ödənilib

14.06.2026

Kritik minerallarda qlobal rəqabət: Tələb 2040-a qədər 350 faiz arta bilər

13.06.2026

2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular

13.06.2026

Mehdiyevlərin bankı adını dəyişərək "T-Kredit" BOKT-a çevrildi

13.06.2026

Pulunu qənaətlə idarə edən insanların əsas maliyyə qaydası açıqlanıb

13.06.2026

Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib

13.06.2026

2026-cı ildə uzunmüddətli istifadə üçün alınmalı 4 kompakt avtomobil

13.06.2026

Dörd ayda Çindən idxal 1,47 milyard dollara çatıb

13.06.2026

“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL

13.06.2026

Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin

13.06.2026

Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb

13.06.2026

Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL

13.06.2026

BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib

13.06.2026

Azərbaycan nefti ucuzlaşıb

13.06.2026

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

13.06.2026

Məzənnə

Yüklənir...