Avtobus gecikdi, sərnişin təzminat aldı: Azərbaycanda da mümkündür?

Redaktor

14.06.2026 17:44
31

Avtobus gecikdi, sərnişin təzminat aldı: Azərbaycanda da mümkündür?

İctimai nəqliyyatın gecikməsi və ya ümumiyyətlə gəlməməsi sərnişinlərin tez-tez üzləşdiyi problemlərdəndir. Belə hallar vaxt itkisinə, əlavə nəqliyyat xərclərinə, bəzən isə maddi və mənəvi zərərə səbəb olur. Rusiyada iki saat avtobus gözlədikdən sonra nəqliyyat şirkətini məhkəməyə verən sərnişinin iddiası qismən təmin edilib. O, taksiyə ödədiyi 1240 rublun, 15 min rubl məbləğində mənəvi zərərin və əlavə cərimənin qarşı tərəfdən tutulmasını tələb edib. Məhkəmənin qərarına əsasən, nəqliyyat şirkəti sərnişinə 1240 rubl taksi xərci, 3120 rubl cərimə və 5 min rubl mənəvi təzminat ödəməlidir. Bundan əlavə, şirkət 4 min rubl dövlət rüsumunu da qarşılayacaq.

Bu hadisə Azərbaycanda da sərnişin hüquqlarının nə dərəcədə qorunduğu məsələsini gündəmə gətirir. Maraqlıdır, ölkəmizdə ictimai nəqliyyatın gecikməsi və ya reysə çıxmaması nəticəsində zərər görən vətəndaşlar məhkəməyə müraciət edərək təzminat tələb edə bilərlər?

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu, ümumi hüquqi prinsipdir. Hüquqda belə bir qayda var ki, hər hansı şəxs və ya qurum kiməsə zərər vurursa və bunun fors-major hal və ya özündən asılı olmayan səbəbdən baş verdiyini sübut edə bilmirsə, həmin zərərin əvəzini ödəməlidir:

“Sizin qeyd etdiyiniz halda da ictimai nəqliyyat qurumu sübut edə bilmirsə ki, məsələn, yolda qəza baş verib, yol bağlanıb və ya başqa fövqəladə hal yaranıb, nəticədə avtobus hərəkət edə bilməyib, o zaman sərnişinin vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ var.

Bu zərər həm maddi, həm də mənəvi xarakter daşıya bilər. Maddi zərərə misal olaraq, sərnişinin avtobus gəlmədiyi üçün məcbur qalıb taksidən istifadə etməsi və əlavə xərc çəkməsi göstərilə bilər. Mənəvi zərər isə hər bir halda ayrıca qiymətləndirilir. Məsələn, şəxs işə gecikə, əsəbi gərginlik keçirə və ya digər mənfi hallarla üzləşə bilər. Vətəndaş mənəvi zərərin məbləğini özü müəyyən edir, məhkəmə isə həmin tələbin əsaslı olub-olmadığını qiymətləndirərək qərar verir”.

Ə.Həsənovun sözlərinə görə, vətəndaş belə bir iddia qaldıra bilər, lakin əsas problem ondadır ki, praktikada insanlar bu cür hallara görə məhkəməyə müraciət etməyə həvəs göstərmirlər:

“Çünki söhbət adətən böyük məbləğlərdən getmir. İddia ərizəsinin hazırlanması, məhkəmə prosesində iştirak və hüquqi müdafiənin təşkili əlavə vaxt və xərc tələb edir.

Nəzərə almaq lazımdır ki, ictimai nəqliyyat qurumunun peşəkar hüquqşünasları və ya vəkilləri olur. Vətəndaş da öz hüquqlarını müdafiə etmək üçün vəkil tutmağa məcbur qala bilər ki, bu da əlavə xərc yaradır. Nəticədə insan düşünür ki, əldə edəcəyi kompensasiya çəkəcəyi xərclərə dəyəcəkmi?

Bir sıra ölkələrdə, o cümlədən Rusiyada bu məsələ daha fərqli tənzimlənir. Qanunvericilikdə nəzərdə tutulur ki, məhkəmədə uduzan tərəf qarşı tərəfin çəkdiyi məhkəmə xərclərini də ödəməlidir. Azərbaycanda da bu prinsip mövcuddur. Lakin praktikada vəkil xərclərinin tam məbləğdə ödənilməsi hər zaman təmin olunmur.

Məsələn, vətəndaş vəkillə müqavilə bağlayaraq ona 1000 manat ödəyir, lakin məhkəmə həmin xərcin yalnız 300 manatını qarşı tərəfdən tutulmalı hesab edir. Bu halda vətəndaş məhkəməni udsa belə, çəkdiyi xərclərin böyük hissəsini özü ödəməli olur. Bu isə insanların öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək istəyini azaldır.

Dövlət və məhkəmə sistemi vətəndaşları belə iddialar qaldırmağa təşviq etmək istəyirsə, məhkəmə xərclərinin, xüsusilə də vəkil xidmətlərinə çəkilən vəsaitin tam kompensasiyası məsələsinə daha həssas yanaşmalıdır. Əgər ictimai nəqliyyat qurumu məhkəmədə uduzursa, vətəndaşın hüququnu bərpa etmək üçün onun çəkdiyi bütün əsaslı xərcləri ödəməlidir. Məncə, burada əsas problem də məhz budur”.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avtobus gecikdi, sərnişin təzminat aldı: Azərbaycanda da mümkündür?

14.06.2026

400 manata "Qırmızı qatar"la nağıl yaşayın

14.06.2026

Tanınmış yutuberin videosu 1 milyard izləndi

14.06.2026

Azərbaycana gətirilən 100 illik sənət əsərinə 4 min manata yaxın pul ödənilib

14.06.2026

Kritik minerallarda qlobal rəqabət: Tələb 2040-a qədər 350 faiz arta bilər

13.06.2026

2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular

13.06.2026

Mehdiyevlərin bankı adını dəyişərək "T-Kredit" BOKT-a çevrildi

13.06.2026

Pulunu qənaətlə idarə edən insanların əsas maliyyə qaydası açıqlanıb

13.06.2026

Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib

13.06.2026

2026-cı ildə uzunmüddətli istifadə üçün alınmalı 4 kompakt avtomobil

13.06.2026

Dörd ayda Çindən idxal 1,47 milyard dollara çatıb

13.06.2026

“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL

13.06.2026

Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin

13.06.2026

Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb

13.06.2026

Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL

13.06.2026

BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib

13.06.2026

Azərbaycan nefti ucuzlaşıb

13.06.2026

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

13.06.2026

Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb

13.06.2026

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

13.06.2026

Məzənnə

Yüklənir...