400 manata "Qırmızı qatar"la nağıl yaşayın

Redaktor

14.06.2026 12:19
28

400 manata "Qırmızı qatar"la nağıl yaşayın

“Bernina Exspress” - Avropanın ən gözəl və unudulmaz dəmir yolu səyahətdir. Qatarların adətən yavaş, darıxdırıcı və vaxt aparan olduğunu düşünən turistlər üçün bu marşrutdan sonra təəssüratlar kəskin şəkildə dəyişir. İki saat yarımdan çox müddətdə davam edən səyahət zamanı 2253 metr yüksəklik dəyişikliyini dəf etmək, firuzəyi Alp göllərini, məşhur İsveçrə buzlaqlarını, əfsanəvi yolları, buzdan donan şəlalələri seyr etmək mümkündür. Nağıl turun son dayanacağı dünyanın ən bahalı və cazibədar xizək kurortu - Sent Moritz şəhəridir.

Sərin şimalla isti cənubun harmoniyası

Dünya miqyasında məşhur olan Bernina qatarı İtaliyanın Tirano terminalını məşhur İsveçrə kurortu olan Sent-Moritz ilə, başqa sözlə desək, sərin şimalı isti cənubla birləşdirir. Bu ərazi İsveçrə ilə İtaliya arasındakı sərhəddir və iki mədəniyyətin mükəmməl birləşməsidir.

Vaqonlarının alovlu rənginə görə belə adlanan “Kiçik Qırmızı Qatar” Reyt Dəmir Yolunun incisidir və 2008-ci ildən bəri UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Bu nəfəskəsici marşrut Avropanın ən yüksək qatarı, həmçinin “Bernina Express” kimi də tanınır və Alp dağlarına dayaq olmadan qalxır. Qatar palma meşələrinə gedən yolda heyrətamiz buzlaqlardan keçir. 

UNESCO-nun veb saytında qeyd edilib: “Bu ərazi XX əsrin əvvəllərində mərkəzi Alp dağlarının təcriddən çıxmasına və davamlı sosial-iqtisadi inkişaf üçün şərait yaratmasına kömək etmək üçün dəmir yollarından istifadənin bariz nümunəsidir. Ətrafdakı təbii mənzərə ilə harmoniyada tikilmiş memarlıq və mülki mühəndislik strukturlarını təcəssüm etdirir”.

Turizmdə dönüş nöqtəsi

Bu qatar yolu mühəndis ideyasının şedevri hesab edilir. Layihə isə 1900-cü illərin əvvəllərində, bir qrup mühəndis tərəfindən irəli sürülüb. Mühəndislər malların hərəkətini yaxşılaşdırmaq üçün bütün Alp bölgəsini, ən əsası isə İtaliyanı İsveçrə ilə birləşdirəcək dəmir yolu qurmaq ideyasını irəli sürüblər. Adi bir dəmir yolu xətti ən yaxşı həll yolu olardı, lakin turist tələbatını cəlb etmək üçün daha cəlbedici bir şeyə ehtiyac var idi. Tirano-Sent-Moritz marşrutu mərkəzi hökumət tərəfindən 2 mart 1906-cı ildə təsdiqlənir və cəmi dörd il sonra, 5 iyul 1910-cu ildə 61 km-lik yol açılır. Bernina xəttinin tikintisi üçün əsas işçi qüvvəsi İtaliya sərhəd bölgəsinin sakinləri idi.

Turizmdə dönüş nöqtəsi üçün 2000-ci illəri gözləmək lazım gəlir. Həmin il Pininfarina tərəfindən dizayn edilmiş yeni kabinlər əlavə edilir: cəmi 78 oturacaq - 34 birinci sinif və 44 ikinci sinif. Və sonra, 2008-ci ildə dünya bu ecazkar gözəllikdən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi sayəsində xəbər tutur.

Texniki cəhətdən xətt mühəndislik şah əsəridir: dar ölçülü dəmir yolu, dünyanın ən dik dəmir yoludur. Maksimum yamac 7%-dir. Qatar, ilanvari dəmir yolu boyunca 1800 metr hündürlük fərqini aşaraq, Bernina aşırımını (2253 metr) keçir.

Avropanın ən dramatik və füsunkar mənzərələri

Bu gün qatar Tiranodan yola düşür və Sent-Moritzə çatır. Ərazini araşdırmaq üçün düşə biləcəyiniz və sonra həmişə eyni biletlə ekspress qatara yenidən minə biləcəyiniz on iki dayanacaq var.

Bu marşrut logistik baxımdan olduqca mürəkkəbdir: transferləri və vaxtı öncədən nəzərə almaq lazımdır. Bütün səyahət tam bir gün çəkir. “Bernina Express”də yerlər əvvəlcədən sifariş edilməlidir, hətta bir və ya iki mənzərəli dayanacaq üçün səyahət etsəniz belə. Bu o deməkdir ki, sadəcə minib-düşə bilməzsiniz. Panoramik qatara onlayn bilet alanda daha ucuz başa gəlir: 2-ci sinif üçün 33 CHF (75 AZN). Qatarda yer üçün rezervasiya isə biletdən öncə edilir və ayrıca qiyməti var: 32 CHF (69 AZN). Milandan Turanoya gediş-dönüş biletlərini də nəzərə alsaq ümumilikdə xərc 400 AZN-ə yaxındır. Amma zövqlü turistlər həyatda görülməli yerlər siyahısında Bernina marşrutunun yolçusu olmaqdan heç bir halda imtina etmirlər: yəni bu xərci çəkməyə dəyər. Çünki bu, Avropanın ən dramatik və müxtəlif füsunkar mənzərələrinə açılan əsl qapıdır. “Bernina Express” Alp dağlarının ən möhtəşəm keçidini təklif edir.

Turistlərin bilməli olduğu ən vacib şey: “Bernina Express” ilə “Bernina qatarı” arasındakı fərq vaqonlardadır. Bernina qatar xətti var, amma bütün digər detallar rahatlıq, qiymət və səyahət müddəti ilə bağlıdır. Panoramik pəncərələr açılmır. Digər qırmızı vaqon qapılarında fotoqrafiya üçün açıla bilən pəncərələr var. Bu qatarlarda qiymət panoramik qatarlarla müqayisədə ucuzdur.

55 tunel, 196 körpü

Ümumilikdə, qatar Çurdan Tiranoya gedən yolda 55 tuneldən və 196-dan çox körpüdən keçir. Bütün səyahətçilər kimi biz də möhtəşəm mənzərələrdən və məşhur yerlərdən zövq alırıq: Bernina massivinin mənzərələri olan Morteratsç buzlağı, üç göl - Piçen, Nair və Bianko, Alp Qrüm (2094 m) stansiyası və Brusio spiral viadukti - tağlı körpü qurğusunu keçirik. Qatar ilan kimi qıvrılaraq bu möhtəşəm yolları qət etdikcə yaddaşlarda silinməz izlər buraxır.

Səfər boyunca ikonik mənzərələrlə üzləşirik. Əlbəttə, mənzərələri telefonun yaddaşında əbədiləşdiririk. Ətrafdakı buzlaqlar və zirvələr toxunulmamış təbiət atmosferi yaradır. Diqqətimizi çəkən ilk yer Poşyavo gölüdür. Onun güzgü kimi səthi dağları və meşələri əks etdirir, sanki sükut və düşüncə anları üçün xüsusi olaraq yaradılıb. Buradakı mənzərələr nəfəskəsicidir.

“Bernina Express”də restoran yoxdur. Stüardlar səyahət boyunca hər vaqondan keçərək isti və soyuq içkilər, şokoladlar paylayırlar. 

“Bernina Express”, sözün əsl mənasında, İsveçrə saatı kimi işləyir. Qatarlar il boyu Çur, Sent-Moritz və Tirano arasında hərəkət edir və mövsümdən asılı olaraq gündə bir və ya iki dəfə yola düşür. Yayın ən qızğın vaxtlarında -iyun-sentyabr və qış tətillərində adətən hər istiqamətdə gündə iki qatar olur.

Kaspi.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

400 manata "Qırmızı qatar"la nağıl yaşayın

14.06.2026

Tanınmış yutuberin videosu 1 milyard izləndi

14.06.2026

Azərbaycana gətirilən 100 illik sənət əsərinə 4 min manata yaxın pul ödənilib

14.06.2026

Kritik minerallarda qlobal rəqabət: Tələb 2040-a qədər 350 faiz arta bilər

13.06.2026

2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular

13.06.2026

Mehdiyevlərin bankı adını dəyişərək "T-Kredit" BOKT-a çevrildi

13.06.2026

Pulunu qənaətlə idarə edən insanların əsas maliyyə qaydası açıqlanıb

13.06.2026

Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib

13.06.2026

2026-cı ildə uzunmüddətli istifadə üçün alınmalı 4 kompakt avtomobil

13.06.2026

Dörd ayda Çindən idxal 1,47 milyard dollara çatıb

13.06.2026

“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL

13.06.2026

Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin

13.06.2026

Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb

13.06.2026

Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL

13.06.2026

BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib

13.06.2026

Azərbaycan nefti ucuzlaşıb

13.06.2026

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

13.06.2026

Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb

13.06.2026

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

13.06.2026
Bir proqramçının darıxarkən yaratdığı oyun dünyanı fəth etdi

Bir proqramçının darıxarkən yaratdığı oyun dünyanı fəth etdi

13.06.2026

Məzənnə

Yüklənir...