Redaktor
Niyə bəzən milyonluq reklamlar da effektiv olmur?
Bəzən bir reklam saniyələr içində qərarı dəyişir, bəzən isə milyonluq büdcə belə səssiz qalır. Eyni platforma, eyni auditoriya, eyni məhsul, amma nəticə fərqli olur. Görünən tərəf yalnız reklamdır, görünməyən tərəf isə nəticəni müəyyənləşdirir.
Bəs hansı hallarda reklam effektiv olmur?
Marketinq üzrə ekspert Samir Mehdiyev Valyuta.az-a bildirir ki, reklam məqsədsiz və plansız şəkildə həyata keçiriləndə, effektiv olmur:
“Hədəf auditoriya dəqiq müəyyən edilmədikdə, mesaj insanların real ehtiyacına və marağına toxunmadıqda, reklam sadəcə görünən, amma təsir etməyən bir ünsürə çevrilir. Eyni mesajın tez-tez və dəyişmədən təkrarlanması da reklamın gücünü azaldır – bu halda auditoriya reklama öyrəşir və onu şüurlu şəkildə görməzdən gəlməyə başlayır. İnsana maraqlı və ehtiyacı olmadığı bir anda, uyğun olmayan platformada qarşısına çıxan mesaja reaksiya vermir. Bundan əlavə, reklamın verdiyi vədlərlə real təcrübə arasında fərq olduqda inam itir. Bir dəfə itirilən etibarı isə sonradan bərpa etmək çox çətindir. Bu hallarda reklam brendi böyütmək əvəzinə, ona zərər verə bilər”.
“Effektiv reklam insanı dinləyir, onu anladığını göstərir və həyatına real dəyər qatır. Mesaj sadə, səmimi və aydın olanda insan özünü orada görür. Reklam məhsulu zorla satmağa çalışmır, ehtiyac olan yerdə köməkçi rolunu oynayır. Eyni zamanda, reklam balans tələb edir. Nə tam susmaq, nə də hər an qarşıya çıxmaq doğrudur. İnsanla düzgün məsafəni qoruyan, ardıcıl və məntiqli kommunikasiya qurulan zaman reklam qəbul olunur. Doğru mesajın doğru insana, doğru anda çatması reklamı sadəcə görünən yox, yadda qalan və təsir edən bir ünsiyyətə çevirir”, – deyə S. Mehdiyev qeyd edir.

Ekspert bildirir ki, yaxşı işləyən reklamlar çox vaxt satışdan yox, dəyərdən başlayır:
“Məsələn, brend birbaşa məhsulu təklif etmək əvəzinə, istifadəçiyə faydalı məsləhət, real hekayə və ya tanış bir vəziyyət göstərir. Bu zaman reklam təzyiq kimi yox, dialoq kimi qəbul edilir. İnsan özünü başa düşülmüş hiss etdikdə isə reklam sadəcə görünmür, təsir də edir”.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…
09.01.2026Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI
09.01.2026"OpenAI" "Convogo"nun komandasını satın alır
09.01.2026Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ
09.01.2026Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı
09.01.20262025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr
09.01.2026Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub
09.01.2026Bəzi abidələrin siyahısına dəyişiklik edildi
09.01.2026Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
09.01.2026Ən çox şikayət olunan internet provayderləri açıqlanıb
09.01.2026ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir
09.01.2026“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?
09.01.2026