"Meta" 1,4 trilyon dollarlıq cərimə tələbi ilə üz-üzə qalıb

Redaktor

08.07.2026 09:20
94

"Meta" 1,4 trilyon dollarlıq cərimə tələbi ilə üz-üzə qalıb

ABŞ-də "Meta" şirkəti uşaq və yeniyetmələrin sosial media təhlükəsizliyi ilə bağlı məhkəmə işində 1,4 trilyon dollar məbləğində cərimə tələbi ilə üzləşib.

Valyuta.az xəbər verir ki, şirkətin məhkəməyə təqdim etdiyi sənədlərə əsasən, Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi ştatları "Meta"nı "Facebook" və "Instagram" platformalarını gənc istifadəçiləri daha uzun müddət platformada saxlamaq və asılılıq yaratmaq məqsədilə hazırlamaqda ittiham edir. İddiada həmçinin şirkətin platformaların təhlükəsizliyi ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırdığı bildirilir.

Avqust ayında baxılacaq məhkəmə prosesi ərəfəsində irəli sürülən 1,4 trilyon dollarlıq cərimə tələbi diqqət çəkir. Çünki bu məbləğ "Meta"nın təxminən 1,5 trilyon dollar həcmində olan bazar dəyərinə yaxındır. Bununla belə, söhbət təsdiqlənmiş cərimədən deyil, ştatların məhkəmədə qalib gələcəyi təqdirdə tətbiq olunmasını istədiyi sanksiyadan gedir.

"Meta" isə irəli sürülən ittihamları rədd edir. Şirkət hesab edir ki, tələb olunan cərimə məbləği kifayət qədər sübutlarla əsaslandırılmayıb və bu həcmdə sanksiyanın istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə işlərində analoqu yoxdur.

Məhkəmədə əsas müzakirə mövzusu "Facebook" və "Instagram"dakı bəzi funksiyaların uşaq və yeniyetmələri platformalarda daha çox vaxt keçirməyə sövq edəcək şəkildə hazırlanıb-hazırlanmaması olacaq. Bundan əlavə, məhkəmə şirkətin platformalarının təhlükəsizliyi barədə istifadəçiləri yanlış istiqamətləndirib-istiqamətləndirmədiyini də araşdıracaq.

Qeyd edək ki, uşaqların onlayn təhlükəsizliyi ilə bağlı oxşar ittihamlarla üzləşən yeganə texnologiya şirkəti "Meta" deyil. "Snapchat"ın sahibi Snap, "YouTube"un sahibi Alphabet və "TikTok"un sahibi ByteDance də analoji iddialarla qarşılaşıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Barbara Corcoranın pulunuzla etməməyi tövsiyə etdiyi 5 şey

08.07.2026

Süni intellekt şirkəti "Zhipu" 4 milyard dollarlıq səhm satışı planlaşdırır

08.07.2026

Uğurlu sahibkarlar nə edirlər və siz də bunu necə bacara bilərsiniz?

08.07.2026

"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır

08.07.2026

"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib

08.07.2026

Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf

08.07.2026

"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb

08.07.2026

“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var

08.07.2026

"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır

08.07.2026

"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb

08.07.2026

5 iqtisadi rayonda kredit faizləri yüksək olub

08.07.2026

“ING” “Singular Bank”ın 40 faiz payını alır

08.07.2026

"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib

08.07.2026

“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir

08.07.2026
HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

08.07.2026

Bir qrup diplomata diplomatik rütbələr verildi - SİYAHI

08.07.2026

Biznesi idarə etməyi öyrədən 14 film

08.07.2026

Süni intellekt startapı 40 milyon dollarlıq investisiya cəlb edib

08.07.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 20,4 milyon manatdan çox artırıb

08.07.2026

Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

08.07.2026

Məzənnə

Yüklənir...