"Məsafəli olsa öyrənə bilməyəcək, səmimi olsa qıcıq yaradacaq" - Təcrübəçi nə etməlidir?

Redaktor

05.02.2026 09:25
164

"Məsafəli olsa öyrənə bilməyəcək, səmimi olsa qıcıq yaradacaq" - Təcrübəçi nə etməlidir?

Təcrübə proqramına qoşulan gənclər üçün ən çətin mərhələlərdən biri iş mühitinə uyğunlaşmaq və komanda ilə sağlam münasibət qurmaqdır. Bəzən həddindən artıq səmimiyyət işçilərdə qıcıq yarada, şəxsi həyatla bağlı detallara girmək və ya əvvəlki iş yerləri haqqında mənfi danışmaq isə təcrübəçinin imicinə zərər verə bilər. Digər tərəfdən, çox məsafəli davranış da öyrənmə prosesini zəiflədərək təcrübəçinin iş həyatından soyumasına səbəb ola bilər. Bəs təcrübəçi bu balansı necə qorumalıdır?

İnsan resursları üzrə menecer, əmək və sosial münasibətlər üzrə ekspert Leyla Əsədullayeva Valyuta.az-a bildirib ki, təcrübəçilər əsasən tələbələrdən və ya çox az iş təcrübəsi olan şəxslərdən ibarət olur:

“Onlar təcrübəsini artırmaq üçün iş mühitinə yenidən daxil olan insanlardır. Təcrübəçilər müəssisədə tamamilə yeni atmosfer, yeni komanda, yeni rəhbərlik və fərqli yanaşmalarla qarşılaşırlar. Bu da təbii olaraq müəyyən balanssızlıqlara səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, bu mərhələdə məsuliyyət təkcə təcrübəçinin deyil, insan resursları şöbəsinin və struktur rəhbərlərinin üzərinə də düşür: "Balans qorunmalıdır ki, nə təcrübəçi həddindən artıq susqun olsun, nə də həddən artıq danışaraq özünə və ətrafındakılara toksik mühit yaratsın. Səmimiyyət vacibdir, amma bu səmimiyyətin içində mütləq peşəkarlıq olmalıdır”.

L.Əsədullayeva vurğulayıb ki, təcrübəçilərə ilk növbədə peşəkar davranış qaydaları izah edilməlidir: “Şəxsi həyatla bağlı mövzular və keçmişdə yaşanan neqativ hadisələr iş mühitinə daşınmamalıdır. Korporativ mədəniyyət, etik normalar, komanda ilə ünsiyyət, tapşırıqların icrası zamanı davranış qaydaları onlara öyrədilməlidir. Emosiyalar işə, iş isə evə daşınmamalıdır”.

Ekspert hesab edir ki, təcrübəçilər üçün ilk mərhələdə müşahidə daha önəmlidir: "Onlar əvvəlcə müşahidə etməli, prosesi anlamalı və analiz etməlidirlər. Bu, öyrənməni daha effektiv edir. Eyni zamanda sual vermək üçün rahat mühit yaradılmalıdır”.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, komanda üzvlərinin də üzərinə mühüm vəzifə düşür: “Komanda anlamalıdır ki, bu şəxs yenidir və ondan dərhal peşəkarlıq gözləmək olmaz. Təcrübəçinin gəldiyi mühit də onun üçün yenidir. Buna görə də yeni əməkdaşlara və təcrübəçilərə dəstək göstərilməlidir”.

Sonda ekspert qeyd edib ki, maddi zərər riski olmayan hallarda təcrübəçini sınaqdan keçirməkdən çəkinmək lazım deyil: “Təcrübəçi öyrənmək üçün oradadır, səhv edə bilər. Əsas odur ki, bu səhvlər inkişaf üçün fürsətə çevrilsin".

Sərvanə Rəmixanova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə ziyarət etməyə dəyər 7 yer: Sizi əbədi olaraq dəyişəcək

05.02.2026

Alınması tövsiyə olunmayan 6 hibrid avtomobil

05.02.2026

"Nike" şirkəti ağdərili işçilərə qarşı ayrı-seçkilikdə ittiham olunur

05.02.2026

Rekord qırıldı: Kvant materialları indi əvvəlkindən daha yaxındır

05.02.2026

Gemini tətbiqi aylıq 750 milyon aktiv istifadəçini keçib

05.02.2026

Aİ Trampa qarşı: Avropa daha bir böyük ticarət tərəfdaşı "tapdı"

05.02.2026

"Amazon"dan kino və seriallar üçün süni intellekt addımı

05.02.2026

Kamran Əliyev yeni şöbə rəisi təyin etdi

05.02.2026

"Google" süni intellekt xərclərini iki dəfə artırır

05.02.2026

Bu icra başçılarının müavinləri ixtisara düşdü

05.02.2026

“Cerebras”ın bazar dəyəri 23 milyard dollara çatıb

05.02.2026

Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü nələrdir?

05.02.2026

"Rabitəbank" ASC tender elan edir ®

05.02.2026

Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatdı

05.02.2026

Məktəb publik hüquqi şəxsə çevrilir: Müəllimlərin taleyi direktorun əlində olacaq?

05.02.2026

Sağalmaz xəstəliklərdən sığorta ödənişləri 3 dəfədən çox artıb

05.02.2026

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

05.02.2026

İtaliyadan 27 manata alınıb, Türkiyəyə 36 qəpiyə satılıb

05.02.2026

"Bir çox sahədə təklif olunan maaşlar gənclərin yaşayış xərclərini ödəmir"

05.02.2026

Jaspreet Singh: 2026-cı ilin ən böyük investisiya tələsi

05.02.2026

Məzənnə

Yüklənir...