Aİ Trampa qarşı: Avropa daha bir böyük ticarət tərəfdaşı "tapdı"

Redaktor

05.02.2026 20:04
35

Aİ Trampa qarşı: Avropa daha bir böyük ticarət tərəfdaşı "tapdı"

Avropa İttifaqı daha əvvəl Cənubi Amerikanın bir qrup ölkəsi və Hindistanla ticarət sazişləri imzalayıb.

Avstraliyanın ticarət naziri Don Farrell Avropa İttifaqı rəsmiləri ilə azad ticarət sazişi bağlamaq məqsədilə Brüsselə səfər edəcək. Səfərin bir həftə ərzində baş tutacağı gözlənilir.

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Məlumata görə, razılaşma imzalanarsa, bu, Avropa İttifaqı üçün üçüncü böyükmiqyaslı iqtisadi müqavilə olacaq və Bloka ABŞ administrasiyası tərəfindən göstərilən təzyiqləri daha effektiv şəkildə tarazlaşdırmağa imkan verəcək.

Bildirilir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful hazırda Kanberradadır və təşəbbüsün irəlilədilməsi ilə məşğuldur. O, artıq Avstraliyanı “qaydalara əsaslanan beynəlxalq sistem”in qorunması üçün Avropa ilə əməkdaşlığa çağırıb.

“Bizə risklərin azaldılması siyasəti lazımdır – Almaniyaya və Avropa İttifaqına böyük dövlətlərin təzyiqlərinə qarşı durmaq cəsarəti verən bir siyasət. Bu, təkcə iqtisadi deyil, həm də siyasi müstəqilliyi qorumaq üçün vacibdir”, deyə alman dövlət xadimi bildirib.

Vadeful əlavə edib ki, Avstraliya ilə azad ticarət sazişinin mümkün qədər tez bağlanmasını, həmçinin tədarük zəncirləri və kritik mineralların ticarəti sahəsində əməkdaşlığın gücləndirilməsini istəyir.

Təşəbbüsün fəal şəkildə irəlilədildiyini Avstraliya tərəfi də təsdiqləyir. Ölkənin xarici işlər naziri Penni Vonqun sözlərinə görə, o, “yaxın gələcəkdə” irəliləyiş görməyə ümid edir.

Xatırladaq ki, Avropa İttifaqı ilə Avstraliya arasında azad ticarət sazişi üzrə əvvəlki danışıqlar Avstraliya ətinin Avropa bazarına çıxışı ilə bağlı mübahisələr səbəbindən uğursuzluqla nəticələnmişdi. Yaponiyada keçirilən yekun görüşlərdən birində Avstraliyanın ticarət naziri Don Farrell danışıqları gözlənilmədən tərk etmiş, bu addımın Avropa iştirakçılarını “şoka saldığı” bildirilmişdi. Mal əti və digər kənd təsərrüfatı məhsullarının ticarəti məsələsi hələ də saziş yolundakı əsas maneə olaraq qalır.

ABŞ tərəfindən yeni rüsumlar tətbiq olunması təhlükəsi və Çinin bəzi mallara ticarət məhdudiyyətlərindən istifadə etməsi getdikcə daha çox ölkə və blokları birləşməyə və ixrac axınlarını yenidən istiqamətləndirməyə məcbur edir.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı 20 ildən artıq davam edən danışıqlardan sonra Cənubi Amerikanın bir sıra ölkələri ilə tarixi azad ticarət sazişi imzalayıb.

Bundan əlavə, avropalılar Hindistanla da mühüm ticarət razılaşmasına nail olublar. Məlumata görə, Hindistan Avropa avtomobillərinə tətbiq olunan rüsumları 110 faizdən 10 faizə endirməli, həmçinin Aİ-dən idxal olunan kimyəvi və farmasevtik məhsullara dair bəzi məhdudiyyətləri qismən ləğv etməlidir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə ziyarət etməyə dəyər 7 yer: Sizi əbədi olaraq dəyişəcək

05.02.2026

Alınması tövsiyə olunmayan 6 hibrid avtomobil

05.02.2026

"Nike" şirkəti ağdərili işçilərə qarşı ayrı-seçkilikdə ittiham olunur

05.02.2026

Rekord qırıldı: Kvant materialları indi əvvəlkindən daha yaxındır

05.02.2026

Gemini tətbiqi aylıq 750 milyon aktiv istifadəçini keçib

05.02.2026

Aİ Trampa qarşı: Avropa daha bir böyük ticarət tərəfdaşı "tapdı"

05.02.2026

"Amazon"dan kino və seriallar üçün süni intellekt addımı

05.02.2026

Kamran Əliyev yeni şöbə rəisi təyin etdi

05.02.2026

"Google" süni intellekt xərclərini iki dəfə artırır

05.02.2026

Bu icra başçılarının müavinləri ixtisara düşdü

05.02.2026

“Cerebras”ın bazar dəyəri 23 milyard dollara çatıb

05.02.2026

Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü nələrdir?

05.02.2026

"Rabitəbank" ASC tender elan edir ®

05.02.2026

Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatdı

05.02.2026

Məktəb publik hüquqi şəxsə çevrilir: Müəllimlərin taleyi direktorun əlində olacaq?

05.02.2026

Sağalmaz xəstəliklərdən sığorta ödənişləri 3 dəfədən çox artıb

05.02.2026

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

05.02.2026

İtaliyadan 27 manata alınıb, Türkiyəyə 36 qəpiyə satılıb

05.02.2026

"Bir çox sahədə təklif olunan maaşlar gənclərin yaşayış xərclərini ödəmir"

05.02.2026

Jaspreet Singh: 2026-cı ilin ən böyük investisiya tələsi

05.02.2026

Məzənnə

Yüklənir...