Redaktor
Alınması tövsiyə olunmayan 6 hibrid avtomobil
Bütün hibrid avtomobillər eyni dərəcədə etibarlı deyil. Bəzi modellər yanacağa qənaət və ekoloji üstünlüklər təqdim etsə də, digərləri texniki nasazlıqlar və təhlükəsizlik problemləri ilə seçilir.
Valyuta.az aşağıda mütəxəssislər tərəfindən alınması riskli hesab edilən hibrid avtomobillər təqdim olunur.
1. 2020 Ford Eskeyp Hibrid
Bu model yanacağa qənaətcil SUV olsa da, ötürücü qutu (transmissiya) ilə bağlı ciddi problemlərlə yadda qalıb. İstifadəçilər sürət dəyişməsi zamanı sərt keçidlər və transmissiyanın sıradan çıxması hallarını qeyd edirlər.
2. 2014–2015 Nissan Patfaynder Hibrid
Bu illərə aid modellərdə əyləc sisteminin zəif reaksiyası və elektrik nasazlıqları müşahidə olunub. Multimedia və naviqasiya sistemlərində tez-tez problemlər yaşanıb.
3. 2011–2015 Folksvaqen Tuareg Hibrid
Model yüksək performans təklif etsə də, batareya bölməsində drenaj probleminə görə qısaqapanma və yanğın riski ilə bağlı geri çağırmalar həyata keçirilib. Əyləc pedalı və yanacaq inyeksiya sistemində də nasazlıqlar qeydə alınıb.
4. 2018 Kraysler Pasifika Hibrid
Bazarda yeganə “plug-in” hibrid miniven olsa da, çoxsaylı geri çağırmalar və hibrid batareya ilə bağlı problemlər bu modelə marağı azaldıb. Elektrik sistemində nasazlıqlar da əsas şikayətlər sırasındadır.
5. 2018 Şevrolet Malibu Hibrid
Geniş salonu və aşağı yanacaq sərfiyyatına baxmayaraq, mühərrik və yanacaq sensoru problemləri ilə bağlı şikayətlər var. Transmissiya mayesinin sızması da daxil olmaqla bir neçə geri çağırma edilib.
6. 2017 BMW X5 Hibrid
Lüks və güclü SUV kimi tanınsa da, əyləc sistemi ilə bağlı titrəmə, səs-küy, ABS və kaliper nasazlıqları, hətta bəzi hallarda əyləc itkisi qeydə alınıb.
Tənzilə Ağabalayeva