Bu icra başçılarının müavinləri ixtisara düşdü

Redaktor

05.02.2026 18:02
121

Bu icra başçılarının müavinləri ixtisara düşdü

Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı 4-dən 3-ə endirilib.

Belə ki, bir müddətdir ölkə üzrə şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin yeni sayı təsdiqlənib.

Yeni struktur dəyişikliyi ilə Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı və yeni vəzifələri müəyyənləşib:

Başçının birinci müavini,
Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri,
Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri.

Xatırladaq ki, əvvəllər bu iki şəhər icra başçısının müavinlərinin sayı dörd nəfər olub. Onlardan biri birinci müavin, digərləri Şəhər təsərrüfatı şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra ediblər.

Hazırda Mingəçevirin icra başçısının müavinləri Məhluqə Cavadova (Birinci müavin), Hikmət Kərimov (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Fərid Məmmədovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri). 

Şirvanın icra başçısının isə birinci müavini hələ ki yoxdur. Onun digər müavinləri isə Aynur Fərzəliyeva (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Orxan İbrahimovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri). 

Məlumat üçün onu da bildirək ki, əvvəllər Şirvanın başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olan Məharət Mustafayev isə struktur dəyişikliyindən sonra müavinlərin siyahısında yer almayıb. O, başçının digər əmri ilə fəaliyyətini yeni yaradılan Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunda davam etdirir. Şöbə müdirinin müavini – sektor müdiri vəzifəsini icra edir.

Qeyd edək ki, ölkənin ən böyük şəhəri olan Bakının icra hakimiyyətində başçının cəmi dörd müavin postu mövcuddur. İcra başçısının ən çox müavini olan şəhərə gəldikdə onların sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra Hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir. Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə ziyarət etməyə dəyər 7 yer: Sizi əbədi olaraq dəyişəcək

05.02.2026

Alınması tövsiyə olunmayan 6 hibrid avtomobil

05.02.2026

"Nike" şirkəti ağdərili işçilərə qarşı ayrı-seçkilikdə ittiham olunur

05.02.2026

Rekord qırıldı: Kvant materialları indi əvvəlkindən daha yaxındır

05.02.2026

Gemini tətbiqi aylıq 750 milyon aktiv istifadəçini keçib

05.02.2026

Aİ Trampa qarşı: Avropa daha bir böyük ticarət tərəfdaşı "tapdı"

05.02.2026

"Amazon"dan kino və seriallar üçün süni intellekt addımı

05.02.2026

Kamran Əliyev yeni şöbə rəisi təyin etdi

05.02.2026

"Google" süni intellekt xərclərini iki dəfə artırır

05.02.2026

Bu icra başçılarının müavinləri ixtisara düşdü

05.02.2026

“Cerebras”ın bazar dəyəri 23 milyard dollara çatıb

05.02.2026

Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü nələrdir?

05.02.2026

"Rabitəbank" ASC tender elan edir ®

05.02.2026

Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatdı

05.02.2026

Məktəb publik hüquqi şəxsə çevrilir: Müəllimlərin taleyi direktorun əlində olacaq?

05.02.2026

Sağalmaz xəstəliklərdən sığorta ödənişləri 3 dəfədən çox artıb

05.02.2026

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

05.02.2026

İtaliyadan 27 manata alınıb, Türkiyəyə 36 qəpiyə satılıb

05.02.2026

"Bir çox sahədə təklif olunan maaşlar gənclərin yaşayış xərclərini ödəmir"

05.02.2026

Jaspreet Singh: 2026-cı ilin ən böyük investisiya tələsi

05.02.2026

Məzənnə

Yüklənir...