İtaliyadan 27 manata alınıb, Türkiyəyə 36 qəpiyə satılıb

Redaktor

05.02.2026 16:19
132

İtaliyadan 27 manata alınıb, Türkiyəyə 36 qəpiyə satılıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana peyvənd edilmiş və edilməmiş qızılgüllərin idxalı həyata keçirilib.

Valyuta.az xəbər verir ki, bu dövrdə ölkəyə ümumilikdə 123,17 min ədəd qızılgül gətirilib və idxalın ümumi dəyəri 437 min ABŞ dolları təşkil edib.

İdxalda əsas pay Niderlandın payına düşüb. Bu ölkədən 102,5 min ədəd qızılgül 34,69 min ABŞ dolları dəyərində idxal olunub. Nəticədə Niderlanddan gətirilən qızılgüllərin bir ədədinin orta qiyməti 0,33 dollar, yəni 57 qəpik olub.

İtaliyadan Azərbaycana 2,34 min ədəd qızılgül 37,99 min ABŞ dolları dəyərində gətirilib. Bu ölkə üzrə bir ədəd qızılgülün qiyməti 16,23 dollar, yəni 27 manat 59 qəpik təşkil edib.

Almaniyadan idxal olunan qızılgüllərin sayı 6,05 min ədəd, dəyəri isə 24,91 min ABŞ dolları olub. Beləliklə, bir ədədinin qiyməti 4,11 dollar, yəni təxminən 7 manat səviyyəsində olub.

Türkiyədən Azərbaycana 11,89 min ədəd qızılgül 18,38 min ABŞ dolları dəyərində idxal edilib. Bu isə bir ədəd qızılgül üçün 1,54 dollar, yəni 2 manat 62 qəpik qiymət deməkdir.

İran İslam Respublikasından Azərbaycana 0,2 min ədəd qızılgül 0,26 min ABŞ dolları dəyərində gətirilib. Bu ölkə üzrə bir ədəd qızılgülün orta idxal qiyməti 1,3 dollar, yəni təxminən 2 manat 21 qəpik olub.

Yunanıstandan idxal olunan 0,18 min ədəd qızılgülün ümumi dəyəri 0,9 min ABŞ dolları olub. Bu ölkə üzrə bir ədəd qızılgülün qiyməti 5 dollar, yəni 8 manat 50 qəpik təşkil edib.

Çilidən isə 0,01 min ədəd qızılgül 0,02 min ABŞ dolları dəyərində idxal olunub. Çilidən gətirilən qızılgüllərin bir ədədinin qiyməti 2 dollar, yəni 3 manat 40 qəpik olub.

Eyni dövrdə Azərbaycan Türkiyəyə 7,6 min ədəd qızılgül ixrac edib. İxracın ümumi dəyəri 6,08 min ABŞ dolları olub. Bu isə ixrac olunan qızılgüllərin bir ədədinin 0,8 dollar, yəni 1 manat 36 qəpiyə satıldığını göstərir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə ziyarət etməyə dəyər 7 yer: Sizi əbədi olaraq dəyişəcək

05.02.2026

Alınması tövsiyə olunmayan 6 hibrid avtomobil

05.02.2026

"Nike" şirkəti ağdərili işçilərə qarşı ayrı-seçkilikdə ittiham olunur

05.02.2026

Rekord qırıldı: Kvant materialları indi əvvəlkindən daha yaxındır

05.02.2026

Gemini tətbiqi aylıq 750 milyon aktiv istifadəçini keçib

05.02.2026

Aİ Trampa qarşı: Avropa daha bir böyük ticarət tərəfdaşı "tapdı"

05.02.2026

"Amazon"dan kino və seriallar üçün süni intellekt addımı

05.02.2026

Kamran Əliyev yeni şöbə rəisi təyin etdi

05.02.2026

"Google" süni intellekt xərclərini iki dəfə artırır

05.02.2026

Bu icra başçılarının müavinləri ixtisara düşdü

05.02.2026

“Cerebras”ın bazar dəyəri 23 milyard dollara çatıb

05.02.2026

Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü nələrdir?

05.02.2026

"Rabitəbank" ASC tender elan edir ®

05.02.2026

Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatdı

05.02.2026

Məktəb publik hüquqi şəxsə çevrilir: Müəllimlərin taleyi direktorun əlində olacaq?

05.02.2026

Sağalmaz xəstəliklərdən sığorta ödənişləri 3 dəfədən çox artıb

05.02.2026

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

05.02.2026

İtaliyadan 27 manata alınıb, Türkiyəyə 36 qəpiyə satılıb

05.02.2026

"Bir çox sahədə təklif olunan maaşlar gənclərin yaşayış xərclərini ödəmir"

05.02.2026

Jaspreet Singh: 2026-cı ilin ən böyük investisiya tələsi

05.02.2026

Məzənnə

Yüklənir...