Asim Həsənov
İnsan Resursları mütəxəssisi
İş həyatının ən həssas məsələlərindən biri maaşdır. İnsan yalnız iş görmək üçün yox, həm də həyatını təmin etmək, ailəsini dolandırmaq, gələcəyi üçün yığım etmək məqsədilə çalışır. Amma bəzən illər keçir, təcrübə artır, iş yükü çoxalır, amma maaş yerində sayır. Belə vəziyyətdə sual yaranır: “Maaş qalxmırsa, nə etməli?”
Səbir, yoxsa təşəbbüs?
Çox vaxt işçilər maaş məsələsini dilə gətirməkdən çəkinirlər. Düşünürlər ki, rəhbərlik özü görməlidir, əziyyəti qiymətləndirməlidir. Amma reallıqda iş dünyasında “gözləyənin payı” olmur. Şirkətlər yalnız təşəbbüs göstərən işçilərin səsini eşidir. Bu səbəbdən maaş artımı mövzusunda ilk addımı işçi atmalıdır.
Öz dəyərini tanı
Maaş məsələsini qaldırmazdan əvvəl insan öz dəyərini bilməlidir. Bunun üçün:
- İş bazarını araşdırmaq lazımdır: eyni sahədə, oxşar vəzifədə çalışanların orta maaşı neçədir?
- Şirkət daxilində hansı əlavə fayda yaradırsınız? (məsələn, yeni müştəri cəlbi, satış artımı, iş prosesində səmərəlilik, komanda dəstəyi və s.)
- Son bir ildə hansı uğurlara imza atmısınız?
Bütün bunları bilmək işçiyə maaş artımı ilə bağlı arqumentlər toplamağa kömək edir.
Rəhbərlə danışığın üslubu
Maaş məsələsini qaldırmaq üçün düzgün zaman və üslub seçmək çox vacibdir. Ən böyük səhv əsəbi və ya emosional tonla “mənim maaşımı artırın” deməkdir. Daha doğru yanaşma belədir:
- Görülən işlər və nəticələr faktlarla təqdim olunur.
- Şirkətə əlavə dəyər vurğulanır.
- Gələcək planlar qeyd edilir: “Mən qarşıdakı layihələrdə daha çox öhdəlik götürməyə hazıram.”
Bu halda rəhbərlik təkcə tələbi yox, həm də işçinin potensialını görür.
Maaş artmırsa, alternativlər…
Bəzən bütün cəhdlərə baxmayaraq, maaş artımı mümkün olmur. Bu halda isə variantlar var:
1. Əlavə gəlir mənbəyi - Frilanser fəaliyyət, kiçik biznes, təlim və ya konsultasiya kimi işlər əlavə gəlir gətirə bilər.
2. Daxili imkanlardan yararlanmaq - Bəzi şirkətlərdə rəsmi maaş artmır, amma bonus, layihə mükafatı və ya əlavə məsuliyyətlə gəlir artırmaq mümkündür.
3. Karyera dəyişikliyi - Əgər şirkət uzun müddət işçinin dəyərini qiymətləndirmirsə, bazarda daha yaxşı imkan axtarmaq məntiqli ola bilər.
Psixoloji yanaşma
Maaş qalxmaması bəzən işçidə motivasiya itkisinə səbəb olur. “Məni qiymətləndirmirlər” düşüncəsi işə münasibəti zəiflədir. Amma burada soyuqqanlı olmaq vacibdir. Hər şirkətin öz büdcəsi, planı və strategiyası var. Bəzən maliyyə çətinlikləri səbəbindən maaş artımı mümkün olmur, amma bu işçinin dəyərsiz olduğu anlamına gəlmir.
Ən sağlam yanaşma odur ki, işçi özünü inkişaf etdirməyə davam etsin. Çünki bilik və bacarıq artırsa, bazarda daimi olaraq daha yaxşı şərtlərlə iş tapmaq şansı çoxalır.
Maaş artımı hər kəsin arzusudur, amma bunun yolu sadəcə gözləməkdən keçmir. İşçi öz dəyərini bilməli, nəticələrini göstərməli, rəhbərliklə açıq dialoq qurmalı və alternativ imkanları da nəzərdən keçirməlidir. Əgər şirkət uzun müddət dəyəri qiymətləndirmirsə, bu zaman ən yaxşı artımı bazar özü təqdim edir – yeni iş şəklində.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq
20.07.2026"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq - SƏRƏNCAM
20.07.2026ASML Avropanın ilk trilyon dollarlıq şirkəti ola bilər
20.07.2026Rabitəbank tibb işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib ®
20.07.2026AI dövründə kimlər daha uğurlu olacaq? Palantir CEO-su iki qrupun adını çəkir
20.07.2026"Apple Store" süni intellekt işçi və müştəri söhbətlərini qeyd edəcək
20.07.2026İnsanları anlamaq: İş dünyasının ən vacib bacarıqlarından biri
20.07.2026"Fed" qərarı öncəsi "Bitcoin"də 2,5 milyard dollarlıq əməliyyat
20.07.2026Şahdağa gedən yolun üzərində 2,6 milyona torpaq satışa çıxarıldı
20.07.2026İllik 250 min dollarlıq maaşı geridə qoydu, matcha kafesi açdı: "İndi daha xoşbəxtəm"
20.07.2026
Aptek ödənişlərində ən yüksək keşbek verən bank kartları - CƏDVƏL
20.07.2026"The Odyssey" dünya üzrə 264 milyon dollar topladı
20.07.2026
"Bank of Baku"nun milyardlıq kredit portfelində ən böyük pay hansı kreditlərindir?
20.07.2026"Bolt" rəsmisi: "Sürücülər yüksək reytinq qazanmaq üçün sərnişinlərlə daha az danışırlar"
20.07.2026İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
20.07.202610 yaşında başladığı biznesi 13 yaşda beynəlxalq sərgilərə çıxardı - Müsahibə
20.07.2026Mayda kreditlərin sığortası üzrə hər 100 manat yığıma 91 qəpik ödəniş düşüb
20.07.2026