İran neft satışlarından milyardlarla dollar gəlir əldə edib

Redaktor

26.03.2026 20:40
102

İran neft satışlarından milyardlarla dollar gəlir əldə edib

Yaxın Şərqdə müharibənin başlamasından sonra İranın neft satışlarından milyardlarla dollar gəlir əldə etdiyi bildirilir.

Valyuta.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, artan neft qiymətləri və Hörmüz boğazı üzərindən ixrac imkanlarını qoruyan İran digər istehsalçılardan fərqli olaraq satışlarını davam etdirə bilib.

Məlumata əsasən, İran mart ayında əsas “Iranian Light” markalı neft satışından gündəlik təxminən 139 milyon dollar gəlir əldə edib. Bu göstərici fevral ayında 115 milyon dollar səviyyəsində idi.

Qeyd olunur ki, regiondakı digər ölkələr hasilatı azaltmağa və ya alternativ ixrac marşrutları axtarmağa məcbur olduğu halda, İran Fars körfəzindən tanker yükləmələrini davam etdirib.

Eyni zamanda, ölkənin enerji ixracı gündəlik təxminən 1,6 milyon barel səviyyəsində qalaraq müharibədən əvvəlki göstəricilərə yaxın olub.

Bundan əlavə, İranın nefti qlobal Brent markasına nisbətdə daha dəyərli olub və endirim fərqi son günlərdə 2,10 dollar/barel səviyyəsinə qədər azalıb.

Məlumata görə, İran həmçinin Hörmüz boğazından keçən bəzi kommersiya gəmilərindən 2 milyon dollara qədər tranzit haqqı alaraq əlavə gəlir əldə edir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycana təhlükəli arılar gətirilib - Açıqlama

26.03.2026

Devy Remsidən əməl etməli olduğunuz 6 maliyyə məsləhəti

26.03.2026

İran neft satışlarından milyardlarla dollar gəlir əldə edib

26.03.2026

Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar

26.03.2026

Qızıl istehsalında 14%-lik azalma olub

26.03.2026

"Meta" süni intellekt xərclərinə görə yüzlərlə əməkdaşını ixtisar edir

26.03.2026

Alma ixracından alınan gəlir 4 milyon dollar artıb

26.03.2026

Özəl fondların yaradılması ilə pensiyalar artacaq

26.03.2026

Nəsillərarası sərvətin formalaşdırılması üçün yüksək gəlirli ailələrin istifadə etdiyi 5 strategiya

26.03.2026

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb

26.03.2026
“TikTak”a yeni CEO təyin edildi

“TikTak”a yeni CEO təyin edildi

26.03.2026

Zəngilan üçün 1 milyonluq tender elan edildi

26.03.2026

"Silikon vadi"sinə qısa yol: İRİA müraciətlərin qəbuluna başladı

26.03.2026

Necə varlanmaq olar? - İqtisadçı açıqladı

26.03.2026
Türk tankerinə dron zərbəsi: 140 min ton neft daşıyan gəmi vuruldu

Türk tankerinə dron zərbəsi: 140 min ton neft daşıyan gəmi vuruldu

26.03.2026

OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb

26.03.2026

Azərbaycan nefti ucuzlaşdı

26.03.2026

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

26.03.2026

Müharibədən sonra qadınlara zərifliyi qaytarmaq istədi - brend yaratdı - SƏHƏR OXUSU

26.03.2026

Keçmiş "Google" rəhbəri BBC-yə baş direktor təyin olundu

25.03.2026

Məzənnə

Yüklənir...