Redaktor
Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
İran parlamenti Hörmüz boğazından gəmilərin keçməsi üçün ödəniş edilməsi haqqında qanun qəbul edə bilər.
Oxu.Az İranın "Entekhab" portalına istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Təkmilləşdirmə komitəsinin rəhbəri Məhəmməd Rza Rezai Kuçi məlumat verib.
"Biz parlamentdə qanun layihəsi hazırlayırıq və buna əsasən, İranın Hörmüz boğazı üzərindəki hökmranlıq, suverenlik və nəzarət qanuni olaraq təsbit ediləcək, keçid üçün ödənişlərin toplanması isə ölkə üçün həmçinin gəlir mənbəyi yaradacaq", - deyə Məhəmməd Rza Rezai Kuçi bildirib.
Millət vəkilinin sözlərinə görə, qanun layihəsi hazırlanıb, lakin əlavə düzəlişlər tələb olunur. Onun tezliklə parlamentə baxılmaq üçün təqdim edilməsi gözlənilir.
"Bu qanun layihəsinə əsasən, İran Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün ödəniş alacaq. Bu, tamamilə təbiidir. Digər tranzit marşrutlarında olduğu kimi, yüklərə də rüsumlar tətbiq olunur. Hörmüz boğazı da tranzit dəhlizidir. Biz onun təhlükəsizliyini təmin edirik, gəmilərin və tankerlərin ödəniş etməsi tamamilə təbiidir", - deyə parlamentari qeyd edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDevy Remsidən əməl etməli olduğunuz 6 maliyyə məsləhəti
26.03.2026İran neft satışlarından milyardlarla dollar gəlir əldə edib
26.03.2026Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
26.03.2026Qızıl istehsalında 14%-lik azalma olub
26.03.2026"Meta" süni intellekt xərclərinə görə yüzlərlə əməkdaşını ixtisar edir
26.03.2026Alma ixracından alınan gəlir 4 milyon dollar artıb
26.03.2026Özəl fondların yaradılması ilə pensiyalar artacaq
26.03.2026Nəsillərarası sərvətin formalaşdırılması üçün yüksək gəlirli ailələrin istifadə etdiyi 5 strategiya
26.03.2026Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb
26.03.2026
“TikTak”a yeni CEO təyin edildi
26.03.2026Zəngilan üçün 1 milyonluq tender elan edildi
26.03.2026"Silikon vadi"sinə qısa yol: İRİA müraciətlərin qəbuluna başladı
26.03.2026Necə varlanmaq olar? - İqtisadçı açıqladı
26.03.2026