Redaktor
Azərbaycana təhlükəli arılar gətirilib - Açıqlama
Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.
Bu barədə Trend-ə Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib. O qeyd edib ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib. İdxal edilən arıların Tropilaelaps gənəsi ilə yoluxduğu bildirilir. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə digər ölkələrə keçmə riski yüksəkdir.
"Bu gənələr arıların sürfələri ilə qidalanır, nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür", – o deyib.
Qeyd olunub ki, assosiasiya tərəfindən Azərbaycana Özbəkistandan arı ailələrinin gətirilməməsi üçün çox çalışılıb.
"Özbəkistanda Tropilaelaps gənəsi çox yayılıb. Özbəkistan illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını bilib idxala qadağa qoyublar".
B. Həsrətov qeyd edib ki, Özbəkistandan müxtəlif yollarla arıların Azərbaycana ixracına cəhd edilib və nəticədə buna nail olunub.
"Hazırda Özbəkistandan gələn bir tır arı İsmayıllı ərazisindədir. Tropilaelaps gənəsi ilə yoluxmuş arılar artıq boşaldılıb".
Qeyd edək ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Kurtlar Vadisi”nin məşhur malikanəsi satışa çıxarıldı - FOTO/VİDEO
26.03.2026Azərbaycana təhlükəli arılar gətirilib - Açıqlama
26.03.2026Devy Remsidən əməl etməli olduğunuz 6 maliyyə məsləhəti
26.03.2026İran neft satışlarından milyardlarla dollar gəlir əldə edib
26.03.2026Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
26.03.2026Qızıl istehsalında 14%-lik azalma olub
26.03.2026"Meta" süni intellekt xərclərinə görə yüzlərlə əməkdaşını ixtisar edir
26.03.2026Alma ixracından alınan gəlir 4 milyon dollar artıb
26.03.2026Özəl fondların yaradılması ilə pensiyalar artacaq
26.03.2026Nəsillərarası sərvətin formalaşdırılması üçün yüksək gəlirli ailələrin istifadə etdiyi 5 strategiya
26.03.2026Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb
26.03.2026
“TikTak”a yeni CEO təyin edildi
26.03.2026Zəngilan üçün 1 milyonluq tender elan edildi
26.03.2026"Silikon vadi"sinə qısa yol: İRİA müraciətlərin qəbuluna başladı
26.03.2026Necə varlanmaq olar? - İqtisadçı açıqladı
26.03.2026