Redaktor
“Frilans fəaliyyət göstərənlər də CEO vəzifəsinə yüksələ bilər”
Pandemiyadan sonra frilans fəaliyyətə maraq əhəmiyyətli dərəcədə artıb. Bir çox insan ənənəvi 9-dan 6-ya qədər iş rejimindən uzaqlaşaraq daha sərbəst çalışma modelinə üstünlük verir. Bəziləri bu işi gələcəkdə biznes qurmaq üçün başlanğıc hesab etsə də, digərləri üçün əsas məqsəd müstəqil işləməkdir. Lakin zamanla bu şəxslərdə də peşəkar inkişaf və irəliləyiş ehtiyacı yaranır.
Maraqlıdır, frilans fəaliyyət göstərərək uğurlu karyera qurmaq və müəyyən vəzifələrə yüksəlmək mümkündür?
“HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.Az-a açıqlamasında bildirir ki, frilans çalışanların heç də hamısının biznes qurmaq hədəfi olmur: “Frilans çalışan insanların təxminən 10-15%-i öz biznesini qurmağa meyilli olur. Bu da onu göstərir ki, heç də hədəf öz işini qurmaq deyil. Frilans çalışanlar adətən, komandadan daha çox müstəqil işləməyə meyilli olan şəxslərdir. Onlar sakit və sərbəst iş mühitinə üstünlük verir, eyni zamanda səyahət edərək müxtəlif ölkələrdə yaşayarkən gəlir əldə etməyə çalışırlar. Lakin frilans fəaliyyət göstərmək heç də həmin şəxsin bilik və bacarıq səviyyəsinin aşağı olması demək deyil".

Frilanserlərin qazancından danışan İ.Mirzəzadə dedi ki, burada gəlir ölkəyə görə dəyişir: "Bu iş növünün bəzi dövrlərində iş çox, bəzi dövrlərdə az ola bilər. Üstünlüyü odur ki, dünyanın istənilən ölkəsində oturaraq çalışa bilərsiniz. Əksər işlər Amerika və Avropa ilə bağlı olduğu üçün ödəniş avro və dollarla ola bilər. Azərbaycanda yaşayaraq bu cür ödəniş almaq hərtərəfli və maliyyə cəhətdən üstünlükdür. Məsələn, Cənub-Şərqi Asiya ölkələrinin ucuzluğundan yararlana bilərsiniz. Həmçinin, daimi yaşayış məntəqəsi olmadan fəaliyyətinizi davam etdirmək imkanı yaranır".
Ekspertin sözlərinə görə, frilans olaraq çalışanlar da karyeralarında yüksələ bilirlər: “Karyera təkcə korporativ mühitlə məhdudlaşmır. Frilanser səviyyədə işlər götürmək, bu sahə üzrə fəaliyyət göstərmək də fərdi sahibkarlıqdır, karyera qurmağın bir növüdür. Frilans fəaliyyət göstərərək müxtəlif vəzifələrə yüksəlmək mümkündür. Məsələn, proqramlaşdırma, məhsul menecmenti, dizayn, marketinq, hətta CEO səviyyəsinə qədər inkişaf etmək olar”.
Nuranə Mübariz
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı
09.07.2026Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib
09.07.2026Ən uğurlu komandalar niyə tükənmir?
09.07.2026Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir
09.07.2026Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb
09.07.2026“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır
09.07.2026Süni intellekt üçün internet Bakcelldən ®
09.07.2026Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək
09.07.2026“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb
09.07.2026Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib
09.07.2026Hansı bank avtomobil krediti üçün sərfəlidir?
09.07.2026Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib
09.07.2026Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL
09.07.2026Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb
09.07.2026Frilanserlər uğursuz əməkdaşlığı əvvəlcədən necə müəyyən edə bilər?
09.07.2026"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib
09.07.2026Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin ®
09.07.2026FED protokolları bazarlarda faiz artımı gözləntilərini gücləndirdi
09.07.2026