DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir

Redaktor

12.03.2026 14:27
34

DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir

Hazırda Azərbaycanda ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellekt vasitəsilə səs təqlididir.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Əşrəfov Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" adlı forumda bildirib.

"Bu prosesdə dələduzlar əvvəlcə hədəf seçdikləri vətəndaşın özünə zəng edərək onun səsini yazır və yaxud sosial şəbəkələrdə paylaşılmış video görüntülərdən səs nümunələri əldə edirlər. Daha sonra xüsusi süni intellekt proqramları vasitəsilə həmin şəxsin səsi təqlid edilir. Cinayətkarlar bu saxta səsli proqramlardan istifadə edərək vətəndaşın yaxın qohumlarına zəng edirlər. Nəticədə, zəngi qəbul edən şəxs danışanın həqiqətən öz doğması və yaxud tanışı olduğunu düşünərək tələb olunan vəsaiti dələduzların hesabına köçürür və cinayət baş vermiş sayılır", - o qeyd edib.

Şöbə rəisinin sözlərinə görə, digər təhlükəli üsul elektron poçt ünvanlarının saxtalaşdırılmasıdır: "Dələduzlar müxtəlif şirkətlərin, dövlət qurumlarının və yaxud müəyyən şəxslərin elektron poçt ünvanlarına vizual olaraq çox bənzəyən saxta ünvanlar yaradırlar. Bu ünvanlardan göndərilən məktublar rəsmi sənəd təsiri bağışlayır. Məktubun mətnində adətən invoys (invoice), ödəniş tapşırığı və ya bank rekvizitlərinin dəyişdirilməsi barədə saxta məlumatlar yer alır. Şirkət rəhbərləri və yaxud məsul şəxslər bu "mail"lərin rəsmi olduğuna inanaraq ödənişləri dələduzların təqdim etdiyi yeni bank rekvizitlərinə yönləndirirlər. Beləliklə, pul vəsaitləri birbaşa cinayətkarların nəzarətində olan hesablara daxil olur və mənimsənilir".

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR

12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

12.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

12.03.2026

DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir

12.03.2026

Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq

12.03.2026

Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər

12.03.2026

"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb

12.03.2026

"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır

12.03.2026

Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi

12.03.2026

"Replit" 400 milyon dollar investisiya cəlb edib

12.03.2026
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır?

YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır? - CƏDVƏL

12.03.2026

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb

12.03.2026

Sabahın hava proqnozu

12.03.2026

Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir

12.03.2026

DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"

12.03.2026
Hər gün “Bu gün son gündür” deyirlər

Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...

12.03.2026

Toğrul Əliyev: Rəqəmsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır

12.03.2026

Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var

12.03.2026

İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil

12.03.2026

İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək

12.03.2026

Məzənnə

Yüklənir...