Redaktor
Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
Hazırda bəzi hallarda vətəndaşın hesabı vasitəsilə onun üzərinə əlavə öhdəliklər yaradılaraq adına kredit rəsmiləşdirilməsi və ya mövcud kredit limitlərinin artırılması yolu ilə vəsaitlərin mənimsənilməsi kimi hallar müşahidə olunur.
Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, bu fikirləri 12 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar davranışlarının tənzimlənməsi departamentinin Bazar davranışları siyasəti şöbəsinin rəisi Ülvi Qurbanov bildirib.
Ü.Qurbanov bildirib ki, bu problem təkcə Azərbaycanda deyil, beynəxalq təcrübədə də mövcuddur.
Qurum rəsmisi əlavə edib ki, könüllü kredit qadağası mexanizmi bir sıra ölkələrdə – Rusiya, Sinqapur, Finlandiya və Avstraliyada tətbiq olunur. Onun sözlərinə görə, həmin mexanizmin Azərbaycanda da tətbiqi məsələsi nəzərdən keçirilir:
“Tətbiq olunacağı təqdirdə bu mexanizm istehlakçılara əvvəlcədən vahid platforma üzərindən, yəni Kredit Bürosu vasitəsilə müraciət etməklə öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoymaq imkanı verəcək. Bu halda heç bir maliyyə institutu, kredit təşkilatı və ya bank vətəndaşın hesabı kənar şəxslər tərəfindən ələ keçirilsə belə, onun adına məsafədən kredit təsdiqləyə və ya kredit limitini artıra bilməyəcək”.
O həmçinin diqqətə çatdırıb ki, nə qədər qabaqlayıcı mexanizmlər tətbiq edilsə və platformalar gücləndirilsə də, əsas məsuliyyət və qərarverici tərəf vətəndaşın özüdür:
“Bu baxımdan vətəndaşların maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi Bank olaraq, biz də bu istiqamətdə müxtəlif dövlət qurumları və maliyyə assosiasiyaları ilə birlikdə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir və gələcəkdə də bu fəaliyyətin davam etdirilməsi də prioritet istiqamətlərdəndir”, – deyə Ü.Qurbanov qeyd edib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTürkiyəyə 232 manata ixrac edilən eyni məhsul Rusiyaya 2544 manata satılıb
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”
12.03.2026Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub
12.03.2026DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir
12.03.2026Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq
12.03.2026Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər
12.03.2026"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb
12.03.2026"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır
12.03.2026Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi
12.03.2026"Replit" 400 milyon dollar investisiya cəlb edib
12.03.2026