Redaktor
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”
Son illərdə həm dünyada, həm də Azərbaycanda iqtisadi münasibətlərdə mühüm dəyişikliklər müşahidə olunur. Rəqəmsal texnologiyaların sürətli inkişafı ödəniş sistemlərinə də təsir edərək nağdsız iqtisadiyyatın genişlənməsinə şərait yaradır. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da nağdsız ödənişlərin artması müşahidə olunur.
Artıq gündəlik həyatımızda nağdsız ödənişlər adi hala çevrilib. Mağazalarda, ictimai nəqliyyatda, onlayn alış-verişdə və bir çox xidmət sahələrində vətəndaşlar bank kartları, mobil tətbiqlər və digər rəqəmsal ödəniş vasitələrindən geniş istifadə edirlər.
Bir sözlə, nağdsız iqtisadiyyata keçid, nağdsız ödənişlərin artması vətəndaşlara faydası nədir?
Valyuta.az-a danışan iqtisatçı ekspert Rəşad Həsənov bildirir ki, nağdsız ödənişlərin genişlənməsi bir sıra müsbət tərəflərlə xarakterizə olunur:
"Aydındır ki, rəqəmsal texnologiyaların sürətli inkişafı iqtisadi münasibətlərə, o cümlədən ödəniş formalarının rəqəmsallaşmasına əlverişli imkanlar yaradır. Bu proses hazırda sürətlə genişlənməkdədir. Mövcud şəraitdə ödəniş formalarının rəqəmsallaşması və nağdsız ödənişlərin genişlənməsi bir sıra müsbət tərəflərlə xarakterizə olunur.
İlk olaraq, bu, kölgə iqtisadiyyatı və gizli iqtisadi fəaliyyətlərlə mübarizədə ən effektiv alətlərdən biridir. Təsadüfi deyil ki, bir çox hallarda kölgə iqtisadiyyatı ilə nağd iqtisadiyyat eyniləşdirilir. Çünki nağd iqtisadiyyat iqtisadi münasibətlərin rəsmiləşdirilməməsi üçün kifayət qədər əlverişli şərait yaradır. Bu baxımdan nağdsız iqtisadiyyat kölgə iqtisadiyyatı ilə mübarizədə əsas alətlərdən biri hesab olunur".

Həmçinin R.Həsənov deyir ki, nağdsız ödəniş sistemləri hökumət üçün əlavə vergi bazasının formalaşmasına, vergi yığımlarının artmasına və fiskal dayanıqlılığın güclənməsinə şərait yaradır. Bu isə dolayısı ilə effektiv hökumət siyasətləri həyata keçirildiyi halda sosial siyasətlərin güclənməsi üçün əlverişli mühit formalaşdırdığını bildirir.
Ekspert vurğulayır ki, istehlakçılar baxımından da bu sistemin bir sıra üstünlükləri var:
"Belə ki, iqtisadi münasibətlərin leqallaşması, yəni alqı-satqı əməliyyatlarının rəsmiləşdirilməsi istehlakçı hüquqlarının qorunmasına xidmət edir. Bu zaman yaranan hər hansı mübahisəli hallarda ödəniş əməliyyatları ilə bağlı məlumatlar məhkəmədə sübut kimi istifadə oluna bilir".
R.Həsənov nağdsız ödəniş sistemlərinin vətəndaşlar üçün maliyyə uçotunun daha dəqiq aparılmasına imkan yaratdığını nəzərə çatdırır:
"Bu sistemlər hesabatlılığı və şəffaflığı artırır. Bundan başqa, nağd vəsaitin saxlanılması, daşınması və ya itirilməsi kimi risklərin azalmasına da səbəb olur. Bununla yanaşı, nağdsız ödəniş sistemlərinin müəyyən yan təsirləri də mövcuddur. Bu sistemlər vətəndaşlardan daha diqqətli və məsuliyyətli davranış tələb edir. Bəzi hallarda bu alətlərdən düzgün istifadə edilməməsi və ya şəxsi məlumatların üçüncü tərəflərə ötürülməsi vətəndaşların hesablarında olan vəsaitlərin sui-istifadəsinə səbəb ola bilər. Buna görə də vətəndaşların bu sahədə maarifləndirilməsi vacibdir".
Müsahibimizin sözlərinə görə digər bir məqam isə nağdsız ödənişlərin müəyyən xərclərlə müşayiət olunmasıdır:
"Bu xərclər ödəniş infrastrukturu, tranzaksiya haqları, beynəlxalq ödəniş sistemləri, o cümlədən “Visa” və “Mastercard” kimi platformaların xidmət haqları, Pos-terminalların qurulması və saxlanması ilə bağlıdır. Bütövlükdə bu xərclər nağdsız ödəniş dövriyyəsi üzərində müəyyən maliyyə yükü yaradır.
Hazırda Azərbaycanda ekvayrinq xidmətlərinin səviyyəsi təxminən 3 faiz civarındadır və bu göstəricinin artım potensialı mövcuddur. Bəzi hallarda bu xərclər qiymətlərə də təsir göstərə bilir. Lakin bu həll olunmayan problem deyil. Zamanla komissiya haqlarının azalması, alternativ ödəniş vasitələrinin – xüsusilə QR ödənişlərin genişlənməsi ilə bu xərclərin minimuma enməsi gözlənilir".
R.Həsənov diqqətə çatdırır ki, ümumilikdə, nağdsız iqtisadiyyat sivil iqtisadi münasibətlərin formalaşmasına, iqtisadiyyatın leqallaşmasına və maliyyə münasibətlərinin şəffaflaşmasına mühüm töhfə verir. Eyni zamanda bu sahədə toplanan məlumatlar gələcək iqtisadi siyasətin daha effektiv formalaşdırılmasına imkan yaradır.
Nuranə Mübariz
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”
12.03.2026Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub
12.03.2026DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir
12.03.2026Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq
12.03.2026Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər
12.03.2026"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb
12.03.2026"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır
12.03.2026Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi
12.03.2026"Replit" 400 milyon dollar investisiya cəlb edib
12.03.2026
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır? - CƏDVƏL
12.03.2026İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
12.03.2026Sabahın hava proqnozu
12.03.2026Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026